Tərbiyə metodları müəyyən olunmuş keyfiyyətləri şagirdlərdə tərbiyə etmək məqsədilə onların şüuruna, iradəsinə, hisslə-rinə və davranışına təsir göstərmək üçün nizama salınmış fəaliyyət-dir.
Tərbiyə metodlarıuşaqların məqsədyönlü fəaliyyətində uşaqların və yeniyetmələrin fəaliyyətinin təşkilində, pedaqoq və şagird kollektivinin fəaliyyətində özünü əks etdirir.
Tərbiyə metodlarıdedikdə, biz tərbiyə olunanların davranışına, hisslərinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həllini, pedaqoq-tərbiyəçi ilə tərbiyə olunanların ünsiyyətini başa düşməliyik.