Tərbiyə metodları tərbiyənin məqsəd və məzmunu ilə müəyyənləşir.
Tərbiyə metodlarının seçimini müəyyən edən səbəblər:
Tərbiyənin məqsədi və vəzifələri. Məqsəd metodları müəyyən edir. Məqsəd necədirsə, ona çatmaq metodları da elə olmalıdır.
Tərbiyənin məzmunu. Metodları məzmunca deyil, konkret məna ilə düzgün əlaqələndirmək olduqca vacibdir.
Şagirdlərin yaş xüsusiyyətləri. Eyni bir məsələ şagirdlərin yaşından asılı olaraq müxtəlif metodlarla həll olunur. Yaşın arxasında sosial təcrübə, psixoloji və əxlaqi keyfiyyətlərin inkişaf səviyyəsi durur.
Kollektivin formalaşma səviyyəsi. Kollektivin idarə olunmasındaçeviklik müəllim və şagirdlərin əməkdaşlığının zəruri şərtidir.
Şagirdlərin fərdi və şəxsiyyət xüsusiyyətləri. Humanist müəllim elə metodlar tətbiq etməyə çalışmalıdır ki, onlar hər bir şəxsiyyətə öz qabiliyyətini inkişaf etdirməyə, öz fəaliyyətini, öz “mən”ini realladırmağa imkan versin.