Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


) Sadə rəğbətləndirmə metodları; 2)Yüksək rəğbətləndirmə metodları



Yüklə 3,59 Mb.
səhifə253/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   249   250   251   252   253   254   255   256   ...   443
1) Sadə rəğbətləndirmə metodları; 2)Yüksək rəğbətləndirmə metodları.

Sadə rəğbətləndirmə metodları şagirdin başına sığal çəkmək, “Afərin!”, “İşi belə görərlər” kimi ifadələr işlətmək, arzusunu ye­ri­nə yetirmək, kitab alıb hədiyyə vermək, səyini dilə gətirib tərif­ləməkdir.

Yüksək rəğbətləndirmə metodları şifahi və ya yazılı təşəkkür elan etmək, tərifnamə vermək, fərqlənmə diplomu vermək, şəklini şərəf lövhəsinə vurmaq, qızıl medalla təltif etmək, vəzifəyə irəli çəkmək və s.

 Cəzalandırma metodu pedaqoji-psixoloji təsir metodu­dur. Bu tərbiyə metodu şagirdlərdə arzuolunmaz hərəkətlərin qarşı­sını almaq, onları aradan qaldırmaq məqsədini daşıyır.

Cəzalandırma metodu xarici stimulları yavaş-yavaş daxili stimullara çevirməyi nəzərdə tutur. Müasir məktəbdə cəzalandır­manın müxtəlif formaları tətbiq edilir:

Şagirdin fəaliyyətini bəyənməmək və işinə irad tutmaq, xəbər­darlıq etmək, yığıncaqda gördüyü işi müzakirə etmək, tənqid etmək, danlamaq, məzəmət etmək, vəzifədən kənar etmək, valideynini məktəbə dəvət etmək, valideynlə şagird haqqında korreksiyaedci fər­di söhbət aparmaq, töhmət vermək, dərsdən kənar etmək (müəl­limlər otağına göndərməklə), şagirdin sinfini dəyişmək, şagirdin məktəbini dəyişmək, son hədd cəza məktəbdən xaric etməkdir ki, buna nadir hallarda yol verilə bilər.




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin