Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


R.Əfəndiyevin “Uşaq bağçası” adlı əlifba dərsliyi ilk dəfə İstanbulda nəşr edilmiş (1898)



Yüklə 3,59 Mb.
səhifə126/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   443
R.Əfəndiyevin “Uşaq bağçası” adlı əlifba dərsliyi ilk dəfə İstanbulda nəşr edilmiş (1898) və Azərbaycan dilində təhsil verən bütün dövlət və xüsusi tədris məktəblərində istifadə etmək üçün Qafqaz Təhsil Dairəsi tərəfindən bəyənilmişdir. Kitabın üzərində yazılmışdlr: ”Savadsız adam bu kitabla bir ayda oxuyar və yazar. Cəmi 72 səhifədən ibarət olan bu dərslikdə 24 dərs verilmişdir. Bu kitab təkcə Zaqafqaziya məktəblərində deyil, Şimali Qafqaz və Orta Asiyadakı müsəlman məktəblərinin inkişafında da mühüm rol oy­namışdır. “Uşaq bağçası” kitabına daxil edilmiş şeir parçalarının bir hissəsi müəllif tərəfindən rus şairlərinin əsərlərindən tərcümə edil­mişdir.

Uşinskinin uşaqlar üçün yazdığı əlifba və oxu kitablarında uşaq zəkasını və şüurunu yaxşı inkişaf etdirmək üçün təbii, coğrafi və tarixi məlumat verməyə xüsusi fikir verdiyi kimi, Rəşid bəy də “Uşaq bağçası”nda oxu materiallarında təbii, coğrafi və tarixi mə­lu­mat­lar vermişdir.

Uşinskiyə görə, tərbiyə yalnız insanın ağlını inkişaf etdirmək deyil, həm də əməyə ciddi ehtiras, sevgi və vərdiş oyatmalıdır.Uşağı fəal işə, əməyə və şəxsi yaradıcılıq fəaliyyətinə alışdırmaq məktəbin ən əsas vəzifəsi olmalıdır. Buna görə də Rəşid bəy kitaba daxil et­diyi oxu materiallarında maldarlıq, quşçuluq, bağçılıq, bostançılıq və ipəkçilik kimi kənd təsərrüfatı sahələri, dərzilik, dəmirçilik və s. kimi kustar sənaye sahələri haqqında sadə məlumat verir, şagird­lərə sənət öyrənməyi, ev heyvanları və ev quşları bəsləməyi, meyvə ağac­ları yetişdirməyi tövsiyə edirdi.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin