Fəlsəfə doktoru – elm sahələri üzrə doktoranturada verilən yüksək elmi dərəcədir.
Fəaliyyət – insanın dərk olunmuş məqsədi ilə tənzim edilən daxili (psixi) və xarici (fiziki) fəallığıdır. Fəaliyyət fəallığın mənbəyi olan tələbatlardan törəyərək fəallığın tənzimedicisi olan düşünülmüş məqsədlə idarə olunur. Fəaliyyət idrakla və iradə ilə ayrılmaz surətdə bağlıdır, onlara istinad edir, idrak prosesləri və iradi proseslər olmadan mövcud deyildir. Fəaliyyətin gedişi zamanı insanın işləri icra, nəzarət və tənzim etmək üçün istifadə etdiyi yollar həmin fəaliyyətin priyomları adlanır. Fəaliyyətin sadə bir cari məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş elementi iş adlanır.
Fərdi təhsil– müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil formasıdır.