Fəxri professor (doktor) – elmi pedaqoji təcrübəsi və fəaliyyəti ilə fərqlənən professorlara və dosentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında xüsusi xidmətləri olan xarici ölkə alimlərinə və ictimai xadimlərinə ali təhsil müəssisəsi tərəfindən verilən akademik ad (dərəcə) kimi başa düşülməlidir.
Formal təhsil– dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır.
Formalaşma – ekoloji, sosial, iqtisadi, ideoloji, psixoloji və s. amillərin təsiri altında insanın sosial varlıq kimi təşəkkülü prosesidir. Mütəşəkkil təhsil-tərbiyə şəxsiyyətin formalaşmasının mühüm amillərindən biridir.