Gizli tədris planı – məktəblərdə öyrədilən elə vərdiş və dəyərlər nəzərdə tutulur ki, onlar yazılı, rəsmi kurikulumda (tədris planında) təfsilatı ilə göstərmir. Bunlara, təhsil tənqidçilərinin fikrincə, itaətkarlıq, asılılıq və hər şəraitə uyğunlaşma kimi keyfiyyətlər xüsusilə aid edilə bilər.
Gimnaziya – əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsidir.
Həyat boyu öyrənmə– müasir dünyada insanların bütün həyatları boyu öyrənməyi davam etdirməli olduqları üçün məktəblərin uşaqlara fundamental bilik və bacarıqları deyil, daha çox (yaxud əlavə olaraq) necə öyrənməyi öyrətməli olduqları haqqında ideyadır.