Tərbiyənin ikinci mərhələsində uşaqların savad təliminə musiqi və nəğmə məşğələləri də əlavə edilirdi. Tərbiyə üsulları getdikcə sərtləşirdi. Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət başçılarının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi. Gənclərə yaşlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi, lakin onların cinsi həyat sahəsindəki fəaliyyəti heç bir qadağa ilə məhdudlaşdırılmırdı və bu hal qüsur da hesab edilmirdi. Yaşlılar tərəfindən pis hərəkətlər kəskin şəkildə mühakimə edilir və onların qarşısı sərt cəza tədbirləri ilə alınırdı.Əfsanəvi qanunverici Likurq spartalıları sərxoşluqdan qorumaq üçün “ayıqlıq dərsləri” təşkil etmişdi. Bu “dərslərdə” qullar içməyə məcbur edilirdi ki, spartalılar sərxoşluğun nə qədər iyrənc və çirkin bir iş olduğunu gözləri ilə görsün və buna şəxsən əmin olsunlar. Uşaqların tərbiyə- sindəki mühüm məsələlərdən biri onların tikanlı, lakin zərif formada və bir neçə sözdə çox şeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri idi. Yeniyetmələrə verdikləri cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki, buna “lakonik nitq” deyilirdi.
Likurq pul sikkəsini hörmətdən salsa da “söz sikkəsi” ilə başqa cür davrandı. O, istəyirdi, bir neçə sadə sözdə çox dərin məna ifadə olunsun. Uşaqlar uzun müddət dinməz dayanmağı öyrənib, dərin mənalı cavab verməyə alışırdılar. Ona görə də belə yığcam danışan adamların vətəninin adından “lakonik danışıq” anlayışı ya- ranmışdır. Sonralar spartalılar bu xüsusiyyəti daha da inkişaf etdi- rirdilər. Spartada tərbiyə ənənələri daha çox avtoritar xarakter daşı- yır, sərt fiziki və hərbi tərbiyə əsas yer tutur, savad təliminə, təhsilə də kifayət qədər diqqət yetirilmirdi. Fiziki tərbiyədə dövlət üçün möhkəm bədənli döyüşçülər yetişdirilməsi nəzərdə tutulurdu. Spar- tada mükəmməl şəxsiyyət dedikdə, fiziki cəhətdən möhkəm döyüş- çü nəzərdə tutulurdu. Belə tərbiyə sisteminin hərtərəfliliyi qədim dövrlərdə formalaşmış dövlət sistemi ilə şərtlənirdi. Dövlətin əsas vəzifəsi isə qulları itaətdə saxlamaq idi.