Y.A.Komenskiyə görə, bu həyat yalnız əbədi həyata hazır- lıqdır.Y.A.Komenski əbədiyyata hazırlığın üç mərhələsini göstərmişdir: özünüdərk, özünüidarə və Allaha doğru cəhd. Sonra o, fikrini davam etdirir: “İnsan İlahəyə bənzəyir. İnsan da müqəddəs olmağa çalışmalıdır”. Necə ki, “Müqəddəs kitab”da deyilir: “Allahınız kimi siz də müqəddəs olun”.
Bir çox müasir pedaqoq-tədqiqatçılar tərbiyənin mənşəyi məsələsini nəzərdən keçirərkən bəzi ali heyvanlarda və insanda şüurlu fəaliyyətin formaları arasında varisliyin zəruri olması fikri ilə razılaşırlar. Lakin bununla belə onlar xüsusi fəaliyyət növü kimi meydana gələn insan tərbiyəsini fərqləndirən sosial xarakteristikaları da xüsusi vurğulayırlar.
Deməli, insanın tərbiyə fəaliyyəti onun əmək fəaliyyətinin zəruru bir hissəsidir.Tərbiyə fəaliyyəti insanın öz nəslinin davam etdirilməsinə xidmət edir. Bu əməyin nəticəsi maddi nemətlər və dəyərlər deyil, yaxşı təhsil-tərbiyə almış insandır. Tərbiyə mənəvi istehsal sahəsinə aiddir. Buna görə də insan nəslinin davamının əbədi və təbii şərti olan uşaqların tərbiyəsi insanın təşəkkülünün ilk mərhələsində əmələ gəlmiş, bir ictimai üsulun digəri ilə əvəz edilməsindən asılı olmayaraq bütün bəşər tarixi boyunca davam etmiş və edəcəkdir.
İbtidai icma dövründə tərbiyə xüsusi fəaliyyət növü kimi meydana gəlmişdir. Bu cəmiyyətdə tərbiyə sadə, bəsit xarakter daşıyırdı. Həmin dövrdə uşağın tərbiyəsi onun bəslənməsindən və böyüdülməsindən, habelə yaşlı nəslin təcrübəsinin böyüyən gənc nəslə verilməsindən ibarət idi.
Kortəbii şəkildə yaranmış tərbiyənin məqsədi insanı sadə həyat tərzi keçirərək dünyanı dərk etməyə yönəltmək idi. Adi şüur səviyyəsində pedaqoji fikrin ünsürləri tədricən inkişaf edirdi. Sonralar onlar praktik təcrübədə tərbiyəyə çevrilərək adət-ənənələrdə və folklorda özünü təzahür etdirirdi.
Getdikcə tərbiyə insanların fiziki, əqli, mənəvi, emosional baxımdan böyüməsi və inkişafı kimi meydana gəlirdi. İbtidai insan- ların tərbiyəsi kortəbii və sistemsiz səciyyə daşıyırdı.
İbtidai insanların ictimai-sosial təcrübəsi və təfəkkürü zənginləşdikcə onun məzmunu və tədqiq üsulları da mürəkkəbləşirdi.
İlk vaxtlar tərbiyə xüsusi fəaliyyət növü kimi deyil, həyat təcrübəsinin ötürülməsi kimi başa düşülürdü. Bu dövrdə tərbiyənin mühüm xarakterik xüsusiyyətlərindən biri ondan ibarət idi ki, uşaqların tərbiyəsi ümumi və təbii səciyyə daşıyırdı. Bütün uşaqlar qrup və ya kollektiv şəkildə birgə tərbiyə olunurdular. Bununla da uşaqlar icmanın ictimai əmək həyatına müstəqil olaraq hazırlanır dılar.
Tərbiyə sahəsində uşaqların cinsi və yaşında müəyyən fərdi fərqlər özünü göstərirdi. Oğlanlarla qızların tərbiyəsindəki əsas fərq əməyin təbii bölgüsündə meydana gəldi. İbtidai icma cəmiyyətində tərbiyənin digər xarakterik xüsusiyyəti ondan ibarət idi ki, həmin dövrdə uşaqların tərbiyə edilməsi üçün xüsusi müəssisələrin yara- dılmasına ehtiyac yox idi. O dövrdə tərbiyə əmək adamlarının fəaliyyəti və onların təbiət qüvvələri ilə apardığı mübarizə ilə sıx bağlı idi. Tərbiyənin forma və metodları sadəliyi ilə seçilirdi. İlk vaxtlarda uşaqların tərbiyəsi bəşər cəmiyyəti həyatının əmək prose- sindən ayrılmırdı. Tərbiyə icma həyat tərzindən irəli gələrək bu cür mövcudluq üsuluna zəmin yaradır və onu möhkəmləndirirdi. İbtidai icma cəmiyyətinin sonrakı mərhələsində tərbiyənin mənşəyində yeni mərhələ yarandı. İnsanların sosial məşğulluğunun əhatə dairəsi məhz bu mərhələdə daha da gücləndi.
Getdikcə tərbiyənin mütəşəkkil formalarının ünsürləri mey- dana gəldi. Tədricən tərbiyə işi xüsusi şəxslərin əlində cəmləşməyə başladı. Tərbiyə işi 9 yaşdan başlayaraq 11 yaşadək davam edirdi. Kiçik yaşlı uşaqlar analarının nəzarəti altında zəruri əmək vərdişlərinə yiyələnirdilər. Bu dövrdə azyaşlı uşaqlar oyunda böyüklərin həyatını təqlid edirdilər. Uşaqlar yaşlıların ictimai həyat fəaliyyətində yaxından iştirak etməklə, hər gün onlarla ünsiyyətdə olmaqla tərbiyə olunur və onlardan öyrənirdilər. Bununla da, uşaqlar əmək fəaliyyətinə, kollektiv əməyə hazırlanırdılar.
Bu cəmiyyətdə hər şey kollektiv xarakter daşıyırdı. Əməkdə iştirak edən və böyüklərlə gündəlik ünsiyyətdə olan uşaqlar həyat üçün zəruri vərdiş və əmək bacarığını mənimsəyir, müvafiq məra- simlərin icra edilməsi qaydaları ilə tanış olur, özünün bütün vəzifə- lərini böyüklərin tələbinə uyğunlaşdırırdılar. Ağsaqqallar və din xadimləri isə uşaqlar tərəfindən icmanın müəyyən etdiyi qadağa- ların pozulmamasına nəzarət edirdilər.
Erkən ibtidai icma dövründə tərbiyənin səviyyəsi çox aşağı idi. İcmanın kiçik yaşlı üzvlərinə nəzərə çarpacaq dərəcədə davranış sərbəstliyi verilirdi, bununla yanaşı onlara sərt cəzalar da tətbiq olunurdu. Uşaqlar mütəmadi olaraq ciddi fiziki cəza veriləcəyi ilə qorxudulurdu. Tədricən icmanın təbəqələşməsi və insanlar arasında sosial ziddiyyətlərin artması tərbiyə sistemini sərtləşdirdi. Uşaqlara verilən fiziki cəza müntəzəm olaraq tətbiq olunmağa başladı. İbtidai icma dövrünün sonunda tərbiyənin kollektiv ənənələri uşaq və yeniyetmələr üçün özünəməxsus “gənclər evi”nin meydana gəlmə- sinə səbəb oldu. “Gənclər evi” insanlara müəyyən əmək vərdişləri və bacarıqların, ayinlərin (mərasimlərin) öyrədilməsi məqsədilə təşkil edilmişdi. Burada tərbiyənin başlıca forması keçirilən birgə oyun və məşğələlərdən ibarət idi.
Patriarxal qəbilə quruluşunda “gənclər evi” müxtəlif forma- larda təşkil olunurdu. Oğlanların tərbiyə edilməsi işi ilə ağsaqqallar və kahinlər məşğul olurdular. Əmlak təbəqələşməsinə görə kasıblar və icmanın daha imkanlı üzvləri üçün ayrı-ayrı “gənclər evi” mey- dana gəldi. 10-15 yaşına çatmış hər iki cinsdən olan bütün yeni- yetmələr inisiasiya-özünü böyüklərə təqlidetmə mərhələsindən keçirdilər. Oğlanlarda isə bu mərhələ mürəkkəb olduğundan uzun- müddət davam edirdi. İnisiasiya dini mərasim formasında keçiri- lərək ənənəvi dini nəğmələr, mərasim rəqsləri və sehirli ovsunlarla müşayiət olunurdu. İbtidai icma dövründə tərbiyə işi mürəkkəb- ləşmiş, çoxsahəli və planlı xarakter almışdı.
Uşaqlara əmək bacarığı və vərdişləri aşılanmaqla yanaşı, həm də onlara dini mərasim qaydaları öyrədilirdi. Böyüyən gənc nəslin tərbiyəsində şifahi xalq yaradıcılığı- nağıllar, oyun və rəqslər, musiqi və nəğmələr mühüm rol oynayırdı ki, bu da onların əxlaqını, davranışını, mənəvi xarakter keyfiyyətlərini müəyyən edirdi.
Qəbilə icmasının sonrakı inkişaf mərhələsində gənclərin hərbi tərbiyəsinin əsası qoyuldu. Oğlanlara ox atmaq, nizədən istifadə etmək, at çapmaq və s. kimi bacarıqları əhatə edən hərbi tərbiyə verilirdi.
Sonralar isə onlara ilkin bilik verməklə yanaşı, yazının əmələ gəlməsi ilə əlaqədar olaraq yazmağı öyrətmək də tərbiyə işinin məzmununa daxil edildi. İbtidai icmanın sonlarında ailə tərbiyəsi tərbiyə işinin ümumi formasına çevrildi. Tərbiyənin məzmunu daha da genişləndi və mürəkkəbləşdi. Tərbiyə ictimai fəaliyyətin xüsusi forması kimi fərqləndirildi.
Dostları ilə paylaş: |