1.3.2. Afina tərbiyə sistemi
Afinada hərtərəfli inkişaf etmiş şəxslər tərbiyə etmək vəzi- fəsi qarşıya qoyulmuşdu. Onlar həm fiziki, əxlaqi, həm də əqli cəhətdən inkişaf etmiş, gözəl zövqə malik insanlar olmalı idilər. Bu cür adamların hakim təbəqədən seçilməsi və tərbiyə olunması nəzərdə tutulurdu. Ardıcıl təlim-tərbiyə təcrübəsinin əsasını yarış prinsipi (aqonistika) təşkil edirdi. Uşaqlar, yeniyetmələr və gənclər həmişə gimnastikada, rəqsdə, musiqidə yarışır, öz bilik, bacarıq və vərdişlərini kütlə qarşısında nümayiş etdirirdilər.
Afinada uşaqlar 7 yaşa qədər ailədə tərbiyə alırdılar. Bundan sonra oğlan uşaqları məktəbə gedir, qızlar isə ailədə tərbiyə almaqla ev işlərinə alışdırılırdı. Varlı ailələrdən olan oğlanlara xüsusi pedaqoq nəzarət edirdi.
Tərbiyəçi pedaqoqlar təsərrüfatda işləyə bilməyən, fiziki cəhətdən zəif, quldarlar üçün faydasız hesab olunan qullardan olurdu. Tərbiyəçi müsbət keyfiyyətlərin daşıyıcısı olmadığından çox vaxt onun tabeliyində olan uşaqlar da həmin keyfiyyətləri mənimsəyirdilər.
Afinada uşaqlar 7 yaşdan 13-14 yaşa qədər qrammatika və kifara (musiqi) məktəblərində təhsil alırdılar ki, həmin məktəblər xüsusi adamlar tərəfindən açılırdı. Bu məktəblərdə təhsil pullu olur- du. Aşağı təbəqənin uşaqları orada az hallarda oxuya bilərdilər. Uşaqları didaskal-müəllim oxudurdu.
Kifara məktəbində uşaqlara musiqi, nəğmə, bədii qiraət öyrədilirdi. Bununla da uşaqlara ədəbi və musiqi təhsili verilirdi. Məktəb proqramının alfa və omeqası Homerin poemalarının öyrə- dilməsindən ibarət idi. Bununla bağlı, qədim yunan mütəfəkkiri Platonun fikrincə,“Elladanı Homer tərbiyə etdi”.
Dostları ilə paylaş: |