a) 7 yaşdan 14 yaşadək;
b) 14 yaşdan 20 yaşadək;
c) 20 yaşdan 30 yaşadək.
Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi. Bu məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər təyin olunurdu ki, onlara pedanom deyilirdi.
Birinci mərhələdə uşaqlar pedanomun-tərbiyəçinin rəhbərliyi altında tərbiyə alırdılar. Onlar birlikdə yaşayır, oxu və yazı vərdiş- lərinə yiyələnirdilər. Fiziki hazırlığa isə xüsusi yer verilirdi, belə ki, oğlanların bədəni möhkəmləndirilir, habelə onlara soyuğa, aclığa, ağrılara və susuzluğa tab gətirmək aşılanırdı. Gənc spartalılar qaçmağa, hoppanmağa, əlbəyaxa vuruşma zamanı müxtəlif vasitələrdən istifadə etməklə yanaşı, hərbi mahnılar oxumağa da hazırlanırdılar.
Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə veri- lirdi. Onları müxtəsərliyə, öz fikrini qısa və yığcam söyləməyə alışdırırdılar.
Dostları ilə paylaş: |