Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynəlxalq hava hüququnun prinsipləri



Yüklə 0,96 Mb.
səhifə158/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   154   155   156   157   158   159   160   161   ...   219
beynelxalq huquq

Beynəlxalq hava hüququnun prinsipləri

Beynəlxalq hava hüququnun aşağıdakı prinsipləri vardır:



  1. öz hava məkanı üzərində dövlətin tam və müstəsna suverenliyi. Dövlətin suveren hava məkanından əcnəbi uçuş aparatları yalnız icazə qaydasında istifadə edə bilər. Bu icazə ya müvafiq döv- lətlərarası müqavilədə təsbit oluna bilər, ya da dövlətin səlahiyyətli orqanı tərəfindən birdəfəlik uçuş üçün verilə bilər.

Dövlətlər habelə qarşılıqlı əsasda öz hava məkanlarından müəyyən razılaşdırılmış vəzifələrin həlli üçün istifadə edə bilərlər. Buna misal olaraq, l992-ci il 24 mart tarixdə ATƏT çərçivəsində imzalanmış Açıq səma haqqında Müqaviləni göstərmək olar. Açıq dəniz rejimi iştirakçı dövlətlərin ərazisindəki hərbi fəaliyyət haqqında məlumat əldə etmək məqsədilə bu ərazilərin üzərindən müşahidə uçuşlarının həyata keçirilməsi üçün müəyyən olunur. Bunun üçün iştirakçı dövlətlərin birində qeydiyyatdan keçmiş və

xüsusi avadanlıqla təchiz olunmuş loyyarolordən istifadə edilir. Müqavilədə hər bir iştirakçı dövlət üçün nəzərdə tutulmuş müşahidə uçuşlannm sayı müəyyən edilmişdir. Müşahidə uçuşları istənilən müntəzəm hava uçuşları üzərində üstünlüyə malikdir. Belə uçuşlar nəticəsində əldə edilmiş məlumatlar Müqavilənin bütün iştirakçılanna təqdim olunur.

Dövlətin ərazi hüdudlarında uçuş zamanı və ya bu ərazidə olarkən, əcnəbi hava gəmiləri həmin dövlətin müəyyən etdiyi müvafiq qanun və qaydalara ciddi surətdə riayət etməlidir.

Bununla belə, dövlət öz hava məkanından elə istifadə etməlidir ki, bu zaman başqa dövlətlərin hüquq və qanuni mənafelərinə zərər dəyməsin.

Sözügedən prinsipə uyğun olaraq, hər bir dövlət öz hava məkanında beynəlxalq uçuşların marşrutlarını və lazım olduqda, belə uçuşlar üçün qadağan zonaları təyin edir, habelə radiorabitə və uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qaydalar müəyyən edir.

«Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Qanunun 9-cu maddəsində göstərilir ki, «hava gəmiləri Azərbaycan Respublikasının dövlət sərhədini... xüsusi ayrılmış hava uçuş dəhlizləri vasitəsilə keçirlər. Hava dəhlizlərindən kənarda Azərbaycan Respublikası dövlət sərhədinin üzərindən uçub keçməyə yalnız Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının xüsusi icazəsi ilə yol verilİD).



Əcnəbi hava gəmilərinə, onların ekipajına və dövlətə gələn və ya onu tərk edən sərnişinlərə həmin dövlətdə mövcud olan pasport, gömrük, sanitar və digər qaydalar şamil edilir.

  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin