Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə208/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   204   205   206   207   208   209   210   211   ...   219
beynelxalq huquq

BEYNƏLXALQ QƏYYUMLUQ SİSTEMİ
Maddə 75

Birləşmiş Millətlər Təşkilatı öz rəhbərliyi altında beynəlxalq qəyyumluq sistemi yaradır; beynəlxalq qəyyumluq sistemi sonrakı fərdi sazişlər əsasında bu sistemə daxil edilə biləcək əraziləri idarə etmək və onları nəzarətdə saxlamaq üçün yaradılır. Bu ərazilər bundan sonra «qəy- yumluq altında olan orazilor» adlanacaqdır.



Maddə 76

Qəyyumluq sisteminin əsas məqsədləri, bu Nizamnamənin 1-ci maddəsində təsbit olunmuş Birləşmiş Millotlər Təşkilatının Məqsədlərinə uyğun olaraq, aşağıdakılardan ibarətdir:

  1. beynəlxalq sülhü və təhlükəsizliyi möhkəmləndirmək;

  2. qəyyumluq altında olan ərazilərin əhalisinin siyasi, iqtisadi, sosial tərəqqisinə və təhsil sahəsində tərəqqisinə və onlann, bunun hər bir əraziyə və onun xalqlanna xas olan spesifik hallara və bu xalqların sərbəst ifadə olunmuş arzularına münasib olduğu dərəcədə və hər bir qəyyumluq sazişinin şərtləri ilə nəzərdə tutulduğu qaydada, özünüidarəyə və ya müstəqilliyə doğru tədricən inkişafına dəstək vermək;

  3. irqino, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanlann əsas hüquq və azadlıqlanna hörmət edilməsini həvəsləndirmək və dünya xalqlannin qarşılıqlı asılılığının tanınmasını həvəsləndirmək və

  4. Birləşmiş Millətlər Təşkilatının bütün Ü/vlərinə və onlann vətən- daşlanna sosial, iqtisadi və ticarət məsələlərində bərabər rəftar təmin etmək və vətəndaşlara habelə, yuxanda göstərilmiş məqsədlərə nail olunmasına xələl gətirmədən və 80-ci maddənin göstərişlərini nəzərə almaqla, ədalət mühakiməsinin həyala keçirilməsində bərabər rəftar təmin etmək.

Maddə 77



  1. Qəyyumluq sistemi, qəyyumluq haqqında sazişlər vasitəsilə bu sistemə daxil edilə bilən ərazilərin aşağıdakı kateqoriyalanna şamil olunur:

  1. hazırda mandat altında olan ərazilər;

  2. İkinci Dünya müharibəsinin nəticəsində düşmən dövlətlərdən qoparıla bilən ərazilər və

  3. idarə edilməsinə görə məsuliyyət daşıyan dövlətlərin könüllü olaraq bu sistemə daxil etdiyi ərazilər.

  1. Yuxarıda sadalanmış kateqoriyalardan hansılannın və hansı şərtlərlə qəyyumluq sisteminə daxil edilməsi sonrakı sazişlərin predmeti olacaqdır.

Maddə 78

Qəyyumluq sistemi Birləşmiş Millətlərin Üzvləri olmuş, aralann- dakı münasibətlər suveren bərabərlik prinsipinə hörmət üzərində qurulan ərazilərə şamil edilmir.

Maddə 79


Qəyyumluq sisteminə daxil edilməli olan hər bir ərazi üçün qəyyumluq şərtləri, bütün dəyişiklik və ya əlavələr daxil olmaqla, birbaşa maraqlı olan dövlətlər, o cümlədən Təşkilatın Üzvlərindən birinin mandatı altında olan ərazilərə aid olduqda mandalari tərəfindən razılaşdırılır və 83-cü və 85-ci maddələrdə nəzərdə tutulduğu kimi təsdiq edilir.


  1. 77-ci, 79-cu və 81-ci maddələrə uyğun olaraq bağlanmış, hər bir ərazini qəyyumluq sisteminə daxil edən qəyyumluq haqqında fərdi sazişlərdə razılaşdırılan hallardan başqa və bu sazişlərin bağlanmasına

bu Fəsildo heç no öz-özlüyündə hansısa dövlətin və ya hansısa xalqın hər hansı hüquqlannın və ya Təşkilatın Üzvlərinin müvafiq olaraq iştirakçısı olduqları mövcud beynəlxalq müqavilələrin şərtlərinin hər hansı qaydada dəyişilməsi kimi təfsir edilə bilməz.

  1. Bu maddənin 1-ci bəndi, mandat altında olan və digər ərazilərin 77-ci maddədə nəzərdə tutulduğu kimi qəyyumluq sisteminə daxil edilməsi barədə sazişlərin bağlanması ilə əlaqədar danışıqlann və sazişlərin bağlanmasının yubadılması və ya təxirə salınması üçün əsas kimi təfsir oluna bilməz.

Maddə 81

Qəyyumluq haqqında sazişlər hər bir halda qəyyumluq altında olan ərazinin hansı şərtlər əsasında idarə olunacağını və həmin ərazi üzərində idarəetməni həyata keçirəcək hakimiyyəti müəyyən etməlidir. Bundan sonra

«idarə edən hakimiyyət» adlanacaq bu hakimiyyət bir və ya bir neçə dövlət, yaxud Təşkilat özü ola bilər.


Maddə 82

Qəyyumluq haqqında istənilən sazişdə, həmin sazişin şamil olunduğu qəyyumluq altında olan ərazinin bir hissəsini və ya hamısını əhatə edə bilən strateji zona və ya zonalar müəyyən oluna bilər; bu, 43-cü maddənin əsasında bağlanmış hər hansı xüsusi saziş və ya sazişlərə xələl gətirməməlidir.


Maddə 83

  1. Birləşmiş Millətlərin strateji zonalara aid bütün funksiyaları, o cümlədən qəyyumluq haqqında sazişlərin şərtlərinin və onlara edilən dəyişiklik və ya əlavələrin təsdiq edilməsi, Təhlükəsizlik Şurası tərəfindən həyata keçirilir.

  2. 76-cı maddədə göstərilmiş əsas məqsədlər strateji zonalardan hər birinin xalqına şamil olunur.

  3. Təhlükəsizlik Şurası, qəyyumluq haqqında sazişlərin müddəalarını nəzərə almaqla və təhlükəsizlik mülahizələrinə xələl gətirmədən, Birləşmiş Millətlər Təşkilatının qəyyumluq sistemi ilə bağlı strateji zonalarda siyasi, iqtisadi, sosial və təhsil mə.sələlərinə aid funksiyalarını yerinə yetirmək üçün Qəyyumluq Şurasının köməyindən istifadə edir.

Maddə 84
İdaro cdon hakimiyyətin vəzifəsi onu təmin etməkdən ibarətdir ki, qəyyumluq altında olan ərazi beynəlxalq sülhün və təhlükəsizliyin qoruyub saxlanmasında öz rolunu oynasın. Bu məqsədlə, idarə edən hakimiyyət, Təhlükəsizlik Şurasının qarşısında bununla bağlı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərkən, eləcə də yerli müdafiə və qəyyumluq altında olan ərazi daxilində qanunu və qaydanı qorumaq üçün könüllü silahlı qüvvələrdən, xidmət vasitələrindən və qəyyumluq altında olan ərazinin köməyindən istifadə edə bilər.
Maddə 85




    1. Strateji zonalar kimi müəyyən olunmamış bütün zonalar üçün qəyyumluq haqqında sazişlərə aid Birləşmiş Millətlər Təşkilatının (unksiyalan, o cümlədən qəyyumluq haqqında sazişlərin şərtlərinin və onlara edilən dəyişiklik və ya əlavələrin təsdiq edilməsi, Baş Məclis tərəfindən həyala keçirilir,

    2. Baş Məclisin rəhbərliyi altında fəaliyyət göstərən Qəyyumluq Şurası, Baş Məclisə bu funksiyaları yerinə yetirməkdə kömək edir.
    1. FƏSİL QƏYYUMLUQ ŞURASI

Tərkibi


  1. Qəyyumluq Şurası, Birləşmiş Millətlər Təşkilatının aşağıdakı Üzvlərindən ibarətdir:

  1. qəyyumluq altında olan əraziləri idarə edən Üzv dövlətlər;

  2. 23-cü maddədə adları sadalanmış, qəyyumluq altında olan əraziləri idarə etməyən Üzv dövlətlər;

  3. Baş Məclis tərəfindən üç il müddətinə seçilən o sayda digər Üzv dövlətlər ki, bu. Qəyyumluq Şurasının üzvlərinin ümumi sayının Birləşmiş Millətlər Təşkilalımn qəyyumluq altında olan əraziləri idarə edən və idarə etməyən Üzvləri arasında bərabər bölünməsini təmin etmək üçün zəruri ola bilər.

  1. Qəyyumluq Şurasının hər bir üzvü onu Şurada təmsil etmək üçün


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin