Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə206/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   202   203   204   205   206   207   208   209   ...   219
beynelxalq huquq

Funksiyaları səlahiyyətləri

Maddə 62





  1. İqtisadi və Sosial Şura iqtisadi, sosial, mədəni, təhsil, səhiyyə və yanaşı sahələrdə beynəlxalq məsələlərə aid tədqiqatlar və məruzələr edə

vo ya istənilən belə məsələlərə aid Baş Məclisə, Birləşmiş Millətlərin Üzvlərinə və maraqlı ixtisaslaşmış təsisatlara tövsiyələr edə bilər.

  1. Şura hər kəsin əsas hüquq və azadlıqlarına hörmət edilməsinə və riayət edilməsinə dəstək vennək üçün tövsiyələr edə bilər.

  2. Şura, Baş Məclisə təqdim etmək üçün öz səlahiyyəti çərçivəsində olan məsələlərə aid konvensiya layihələri hazırlaya bilər.

  3. Şura, Birləşmiş Millətlər tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq, öz səlahiyyəti çərçivəsində olan məsələlərə aid beynəlxalq konfranslar çağıra bilər.
Maddə 63

  1. İqtisadi və Sosial Şura 57-ci maddədə göstərilmiş təşkilatlann hər hansı biri ilə sazişlərə girə bilər. Baş Məclis tərəfindən təsdiq edilməli olan bu sazişlər müvafiq losLsatm Birləşmiş Millətlərlə əlaqəyə gətirilməsinin əsası olan şərtləri müəyyən edir.

  2. Şura, ixtisaslaşmış təsisatlarla məsləhətləşmələr aparmaq və tövsiyələr etmək yolu ilə və Baş Məclisə və Birləşmiş Millətlərin Üzvlərinə tövsiyələr vasitəsilə həmin təsisatların fəaliyyətini əlaqələndirə bilər.
Maddə 64

  1. İqtisadi vo Sosial Şura ixtisaslaşmış tə.sisatlardan müntəzəm məruzələr almaq üçün müvafiq addımlar ala bilər. O öz tövsiyələrini və səlahiyyətləri çərçivəsində olan məsələlər üzrə Baş Məclis tərəfindən edilmiş tövsiyələri həyata keçirmək üçün atılmış addımlar barədə məruzələr almaq məqsədilə Birləşmiş Millətlərin Üzvləri ilə vo ixtisaslaşmış təsisatlarla sazişlər bağlaya bilər.

  2. Şura, bu məruzələrə aid öz qeydləri barədə Baş Məclisə məlumat verə bilər.
Maddə 65

İqtisadi və Sosial Şura Təhlükəsizlik Şurasına məlumat təqdim edə bilər və Təhlükəsizlik Şurasının müraciəti ilə ona kömək edə bilər.
Maddə 66

l. İqtisadi vo Sosial Şura o funksiyaları yerinə yetirir ki, bunlar Baş Məclisin tövsiyələrini həyata keçirməklə əlaqədar Şuranın səlahiyyətləri çərçivəsinə aid edilmiş olur.



  1. Baş Moclis buna razılıq vcrərso, Şura, Toşkilalın Üzvlərinin xahişi ilə və ixtisaslaşmış təsisatların xahişi ilə xidmətlər göstərə bilər.

  2. Şura habelə bu Nizamnamənin digər müddəalarında öz əksini tapmış və ya Baş Məclis tərəfindən onun üzərinə qoyulmuş funksiyalan yerinə yetirir.



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin