Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Müqavilənin məcburiliyinə razılığın ifadə olunması



Yüklə 0,96 Mb.
səhifə69/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   219
beynelxalq huquq

Müqavilənin məcburiliyinə razılığın ifadə olunması
Bildiyimiz kimi, dövlətin razılığı əgər yoxdursa, o, heç bir müqavilə ilə bağlı ola bilməz.. 1969-cu il Vyana Konvensiyasının 11-ci maddəsinə görə, belə bir razılıq aşağıdakı üsullardan biri ilə ifadə oluna bilər:

müqavilənin imzalanması;müqavilə sənədlərinin dəyişdirilməsi;ratifikasiya;

təsdiq etmə;qəbul etmə;müqaviləyə qoşulma.

Bundan əlavə, 11-ci maddədə göstərilir ki, müqavilənin tərəfləri müqavilənin məcburiliyinin tanınmasının digər üsulu barədə razılığa gələ bilərlər.


Müqavilənin məcburiliyinə razılıq o zaman imzalama vasitəsilə ifadə olunur ki, həmin müqavilə bundan sonra ratifikasiya və ya təsdiq edilməli olmasın. Əgər müqavilənin sonradan ratifikasiya və ya təsdiq olunmağı nəzərdə tutulubsa, onda bu halda imzalama, yuxarıda qeyd edildiyi kimi, yalnız müqavilə mətninin autentikliyinin müəyyən edilməsi rolunu oynayır. Beynəlxalq müqavilənin məcburiliyinə razılığın məhz imzalama vasitəsilə ifadə olunması, adətən, həmin müqavilənin özündə göstərilir.

Müqavilələr beynəlxalq praktikada qəbul olunmuş müəyyən qaydalara müvafiq olaraq imzalanır. Məsələn, ikitərəfli müqavilələrin imzalanması altemat, yəni növbələmə prinsipi əsasında həyata keçirilir. Bu prinsipə görə, müqavilənin həmin nüsxəsi hansı dövlətdə qalırsa, onun nümayəndəsinin imzası hər iki dildəki mətnlərdə birinci yerdə gəlir.



Müqavilə sənədlərinin mübadiləsi, yəni müvafiq dövlətlərin nümayəndələrinin bir-birinə nota və ya məktub göndərməsi müqavilənin məcburiliyinə razılığı bildirməyin sadələşdirilmiş üsuludur. Məhz bu üsula əl atılması bu barədə xüsusi razılaşma olduqda olur.

Müqavilənin məcburiliyinə razılığın ifadə olunmasının ən geniş yayılmış üsulu ratifikasiyadır. Ratifikasiya ali hakimiyyət orqanı (adətən, parlament və ya dövlətin başçısı) tərəfindən müqavi

lənin təsdiq olunmasıdır. Ratifikasiya həm dövlətdaxili aktda (qanunda, fərmanda və s.), həm də beynəlxalq aktda (ratifikasiya sənədində) öz əksini tapır. Beynəlxalq təşkilatın öz hər hansı müqaviləsi ilə bağlı rəsmi təsdiq aktı ratifikasiyaya bərabər tutulur.Hansi muqavilelerin ratifikasiyasi vacidir ve hansi müqavilələrin radifikasiyası vacib deyil bunlari dovlet daxiqanunvericilik mueyyen edir.Azərbycan Respublikası Beynəlxalq müqavilələrin baglanmasi,icrası və xitam olunması haqqında Azərbaycanda butun dovlətlər arası muqavilelerin radifikasiyasi vacibdir.Azerbaycan respublikasinin qanunlarindan ferqli qaydalar mueyyen eden butun Hökemtlerarasi beynelxalq muqavileler radifikasiya olunmalidir.Radifikasiya hem dovletdaxili hemde beynelxalq aktdir.

1969-cu il Vyana Konvensiyasının l4-cü maddəsinə görə, müqavilənin mocburiliyine razılıq aşağıdakı hallarda ratifikasiy qanuna göre vasitəsilə ifadə olunur:

a)müqavilənin özündə bu birbaşa nəzərdə tutulubsa;

b)başqa cür müəyyən olunubsa ki, danışıqlarda iştirak edən dövlətlər ratifikasiyanın zəruriliyi haqqında razılığa gəlmişlər;c)dövlətin nümayəndəsi müqaviləni ratifikasiya olunmaq şərtilə imzalamışdırsa;

Dövlət hər hansı müqavilənin ratifikasiya olunması haqqında qərar çıxardıqdan sonra ratifikasiya sənədi tərtib edir. Ratifikasiya sənədində aşağıdakılar göstərilir: a) müqaviləni ratifikasiya etmiş dövlət orqanının adı; b) müqavilənin bütöv mətni c) həmin müqavilənin vicdanla yerinə yetirilməsi haqqında dövlətin bəyanatı.İkitərəfli müqavilə bağlanarkən onun iştirakçısı olan dövlətlər öz ratifikasiya sənədlərini bir-birinə verir. Çoxtərəfli müqavilələrdə isə ratifikasiya sənədləri depozitariyə saxlanmağa verilir. Depozitari müqavilənin əslini və onunla bağlı bütün sənədləri saxlamaq üçün tərəflərin razılığı ilə müəyyən olunan dövlət ,beynəlxalq təşkilat və ya bu təşkilatın baş vəzifəli şəxsi deməkdir.

Vyana Konvensiyalanna göro, depozitari bu funksiyaları yerinə yetirir: a) vəkalətlər, ratifikasiya sənədləri, qoşulma sənədləri kimi sənədlərin saxlanılması; b) müqavilənin əslindən təsdiq olunmuş nüsxələrin hazırlanması və müqavilənin iştirakçısı olan və iştirakçısı olmaq hüququ olan dövlətlərə və beynəlxalq təşkilatlara göndərilməsi; c) saxlanmağa verilmiş hər bir ratifikasiya sənədi, habelə qeyd-şərtlər və onlara etirazlar və müqavilənin qüvvəyə minməsi haqqında müqavilənin iştirakçılanna məlumat verilməsi və s.

Təsdiq etmə qəbul etmə ratifikasiyaya çox yaxındır, lakin nisbətən sadələşdirilmiş prosedur hesab olunur. Müqavilənin məcburiliyinə bu yollarla razılıq, adətən, dövlət başçısı və parlament tərəfindən deyil, dövlətin digər orqanlan tərəfindən verilir.
Beynəlxalq müqavilənin məcburiliyinə razılıq həmin müqaviləyə qoşulmaq vasitəsilə ifadə oluna bilər. Dövlət, adətən, artıq qüvvəyə minmiş müqaviləyə qoşulur. Müqaviləyə həm onun mətninin hazırlanmasında və qəbul edilməsində iştirak etməmiş dövlətlər, həm də müqaviləni artıq imzalamış, lakin həmin müqavilənin qüvvəyə minməsinə qədər, onun məcburiliyinə razılıq verməmiş dövlətlər qoşula bilər. Hər bir müqaviləyə necə qoşulmaq qaydası müqavilənin özündə müəyyən olunur. Qoşulma, bir qayda olaraq, ratifikasiya sənədinin və ya qoşulma haqqında digər sənədin saxlanılmağa verilməsi yolu ilə həyata keçirilir.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin