Beynəlxalq müqavilənin qüvvədə olması
Yalnız qüvvəyə minmiş beynəlxalq müqavilə tərəflər üçün məcburi sayılır. Müqavilənin qüvvəyə mindiyi an, adətən, müqavilənin özündə göstərilir. Burada bir sıra qaydalar mövcuddur. Belə ki, ratifikasiya və ya təsdiq edilməli olmayan müqavilə aşağıdakı müddətdə qüvvəyə minir: a) imzalandığı andan etibarən; b) imzalandığı andan müəyyən müddət keçdikdən sonra və ya c) müqavilədə dəqiq göstərilmiş andan etibarən.
Ratifikasiya və ya təsdiq edilməli olan müqavilələrin isə qüvvəyə minməsi qaydası aşağıdakı kimidir:
1.ikitərəfli müqavilələr: a) ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən və ya b) ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən müəyyən müddət keçdikdən sonra;
2.çoxtərəfli müqavilələr: a) depozitariyə müəyyən sayda ratifikasiya sənədləri verildiyi gündən və ya b) depozitariyə müəyyən sayda ratifikasiya sənədləri verildiyi gündən müəyyən müddət keçdikdən sonra.
Müqavilənin qüvvədə olması müəyyən müddət üçün və ya müddətsiz nəzərdə tutula bilər. Müəyyən müddətə bağlanan müqavilə həmin müddət bitdikdən sonra müqavilənin özündə göstərilən şərtlərlə və ya tərəflərin xüsusi razılığı ilə uzadıla bilər; buna prolonqasiya deyilir.
Beynəlxalq müqavilənin təfsiri
Müqavilənin təfsiri onun müddəalarının mənasının aydınlaşdırılması və ya izah edilməsi deməkdir.
Təfsirin subyektlərinə görə üç növü vardır:
müqavilənin ayn-ayn iştirakçıları tərəfindən edilən təfsir. Bu, birtərəfli aktdır və təbii ki, müqavilənin digər iştirakçılan üçün məcburi xarakter daşımır;
autentik təfsir - müqavilənin iştirakçılan tərəfindən razılaşdırılmış təfsir. Nota mübadiləsi, protokol və s. formada həyata keçirilən bu təfsir məcburi xarakter daşıyır;
beynəlxalq təfsir - beynəlxalq orqanlar tərəfindən həyata keçirilən təfsir. Bəzi müqavilələrdə, onlann təfsiri ilə bağlı mübahisələr olarkən tərəflərin BMT-nin Beynəlxalq Məhkəməsinə və ya digər müvafiq orqana müraciət etməli olması nəzərdə tutulmuşdur. Bu orqanlann verdikləri təfsir mübahisənin tərəfləri üçün məcburi xarakter daşıyır.
Təfsirin bir neçə üsulu vardır:qrammatik təfsir;məntiqi təfsir;sistematik təfsir tarixi təfsir;teleoloji təfsir;dinamik və ya evolyutiv təfsir
.
Dostları ilə paylaş: |