Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə73/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   219
beynelxalq huquq

Beynəlxalq müqavilənin xitam olunması
Beynəlxalq müqavilənin xitam olunması onun tərəflər üçün öz məcburi qüvvəsini itirməsi deməkdir. Müqavilə aşağıdakı əsaslarla xitam oluna bilər:

1.müqavilənin bağlandığı müddətin başa çatması. 2.müqavilə öhdəliklərinin icra olunmasu 3.müqavilənin bütün iştirakçılarının razılığı ilə. 4.eyni məsələ üzrə eyni dövlətlər arasında yeni müqavilənin bağlanması, 5.denonsasiya. Denonsasiya dövletin, müqavilədə göstərilən şərtlərlə, digər iştirakçı dövlətləri qabaqcadan xəbərdar etməklə, müqavilədən imtina etməsi deməkdir. Deməli, müqavilənin özündə əgər belə imkan nəzərdə tutulmayıbsa, o, denonsasiya oluna bilməz..

6.müqavilənin birtərəfli qaydada ləğv edilməsi

Bu halda dövlət iştirakçısı olduğu beynəlxalq müqavilədən, ciddi əsas gətirməklə, birtərəfli qaydada imtina edir. Müqavilədən birtərəfli imtinaya, ümumiyyətlə, yol verilmir. Beynəlxalq hüquq bunu yalnız üç halda mümkün hesab edir:



1.müqavilənin digər iştirakçı dövlət tərəfindən əsaslı pozulması,

2.müqavilənin bağlandığı vaxt mövcud olmuş halların əsaslı surətdə dəyişməsi (rebus sic stantibus prinsipi)

3.müqavilənin yerinə yetirilməsinin qeyri-mümkünlüyü. Bu, əsasən, müqavilənin obyektinin məhv olduğu və ya yoxa çıxdığı zaman (məsələn, adanın suya batması, çayın quruması və s.) baş verir.


XIII FƏSIL


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin