Yuxanda qeyd etmişdik ki, beynəlxalq təşkilatlar beynəlxalq hüququn törəmə subyektidir; onun beynəlxalq-hüquqi subyektliyi funksional xarkter daşıyır. Beynəlxalq təşkilatın aşağıdakı əlamətləri vardır:
müqavilə əsasında yaradılır;
müvafiq təşkilati struktura malikdir;
müəyyən məqsəd və vəzifələri vardır;
ç) beynəlxalq hüquq və öhdəliklərə malikdir.
Beləliklə, beynəlxalq təşkilat - müəyyən məqsədləri həyata keçirmək üçün beynəlxalq müqavilə əsasında yaradılmış, daimi fəaliyyət göstərən, müvafiq orqanlar sisteminə malik olan, üzv dövlətlərin hüquq və öhdəliklərindən fərqli hüquq və vəzifələrə malik olan dövlətlər birliyinə deyilir.
Beynəlxalq təşkilatların aşağıdakı növləri vardır: I - üzv dövlətlərin əhatə dairəsinə görə:
universal təşkilatlar (Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, YUNESKO və b.).
regional təşkilatlar (Avropa Şurası, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı və b.).
~ malik olduqlan səlahiyyətlərin həcminə və xarakterinə görə:
ümumi səlahiyyətə malik təşkilatlar (Birləşmiş Millətlər 'Fəşkilatı, ATƏT, Amerika Dövlətləri Təşkilatı və b.).
xüsusi səlahiyyətə malik təşkilatar (Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və b.).
- təşkilata daxil olma qaydasına görə:
açıq təşkilatlar (istənilən dövlət onların üzvü ola bilər)
qapalı təşkilatlar (bu təşkilatın üzvlüyünə qəbul təsisçi dövlətlərin dəvəti ilə həyata keçirilir; məsələn, NATO).
Dostları ilə paylaş: |