1, Nümayəndəliyin binalarının toxunulmazlığı
Qəbul edən dövlətin hakimiyyət orqanlan diplomatik nümayəndəliyin başçısının icazəsi olmadan nümayəndəliyin ərazisinə və onun binalanna daxil ola bilməzlər. Binalann özü, onlann içində olan əmlak, habelə nəqliyyat vasitələri axtanşa, rekvizisiyaya, həbsə və icra hərəkətlərinə məruz qala bilməz. 1961-ci il Konven-
147
siyasında (22-ci maddə) göstərilir ki, qəbul edən dövlət diplomatik nümayəndəliyin binalarını istənilən müdaxilədən və ya zərər yetirilməsindən qorumaq, nümayəndəliyin rahatlığının hər cür pozulması hallarının və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısını almaq üçün bütün müvafiq tədbirləri görməlidir.
Dostları ilə paylaş: |