«Dövlətin beynəlxalq cinayəti» anlayışı
Xüsusi sosial-hüquqi hadisə kimi beynəlxalq cinayət bir neçə mühüm əlamətlərə malikdir; məhz bu əlamətlərə görə o, bütün digər beynəlxalq hüquq pozuntularından fərqlənir. Bunlar aşağıdakılardır; a) pozulmuş öhdəliklərin xarakteri, yəni beynəlxalq birliyin həyati maraqlarını əks etdirən öhdəliklərin pozulması; b) göstərilən öhdəliklərin pozulmasının ciddiliyi: v) əməlin bütün beynəlxalq birlik tərəfindən beynəlxalq cinayət sayılması, yəni commu- nis opinio-nun olması.
Şübhəsiz ki, beynəlxalq cinayətin başlıca ünsürü kimi yuxarıda sadalanmış əlamətlərdən birincisi, yəni pozulmuş beynəlxalq öhdəliklərin obyekti çıxış edir. Təcavüz, soyqırım və s. kimi cinayətlər törədilərkən dövlətlər bütün beynəlxalq birlik qarşısında öhdəliklərini (erga omncs öhdəlikləri) pozmuş olurlar və bu zaman bütün dövlətlər zərərçəkmiş tərəf sayılır.
İkinci meyar, yəni beynəlxalq öhdəliklərin ciddi və ya ağır pozulması beynəlxalq cinayətlərin xüsusi təhlükəli beynəlxalq hüquq pozuntulanndan fərqəndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Məsələ burasındadır ki, erga omncs öhdəliklərinin heç də
bülün pozunliiları beynolxalq cinayot deyildir. Bu öhdəliklərin yalnız ciddi, ağır pozulduğu halda (əlbəttə ki, digər zəruri ünsürlərlə yanaşı) beynəlxalq cinayot törədilməsi faktmdın danışmaq olar. Dövlətin öz öhdəliklərini pozmasının ciddiliyinin maddi ifadəsi kimi onun hüquqa zidd əmoli nəticəsində vurulmuş böyük miqdarda zərər çıxış edir. Vurulmuş zərərin xarakteri və həcmi əməlin düzgün tövsifi üçün olduqca mühüm meyardır. Beləliklə, ciddilik anlayışını təyin etməyin iki metodu mövcuddur: onlardan biri cinayətin xarakterinə, ikincisi isə onun nəticələrinə əsaslanır. Diqqətəlayiq haldır ki, beynəlxalq cinayətin sözügedən ünsürü normativ sənədlərdə öz dəqiq əksini tapır. Məsələn, ağır pozuntular («grave breaches») və digər pozuntular arasında fərq Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarında aydın qoyulmuşdur; bu sənədlərdə ağır pozuntuların cinayət-hüquqi qaydasında
təqib edilməsi üçün xüsusi rejim müəyyən edilmişdir.
Deyilənlərlə yanaşı qeyd etmək lazımdır ki, beynəlxalq sülhə təhlükə törədən, jus cogens normalarını pozan beynəlxalq hüquq pozuntularının heç də hamısı beynəlxalq cinayət deyildir; yalnız o əməllər beynəlxalq cinayət kimi tövsif oluna bilər ki, onlar bütün beynəlxalq birlik tərəfindən beynəlxalq cinayət sayılır və beynəlxalq cinayot kimi nəzərdən keçirilir. Daha ağır nətieələr doğurduğuna görə «obyektiv olaraq» beynəlxalq cinayət kimi nəzərdən keçirilməsi üçün beynəlxalq hüquqa zidd əməl
«subyektiv olaraq» bütövlükdə beynəlxalq birlik tərəfindən cinayət sayılmalıdır. Beynəlxalq birlik anlayışı o demək deyil ki, bu birliyin bütün üzvlərinin yekdil rəyi olmalıdır və hər bir dövlətə beləliklə veto hüququ verilməlidir. Digər tərəfdən, beynəlxalq hüquqa zidd olan bu və ya digər əməlin «beynəlxalq cinayət» xarakteri hər hansı dövlətlər qrupu tərəfindən deyil, beynəlxalq birliyin bütün əsas komponentləri tərəfindən tanınmalıdır. Beynəlxal cinayət törədilərkən həmin cinayəti törətmiş dövlət üçün xüsusi məsuliyyət rejimi ortaya çıxır. Bu rejim adi beynəlxalq hüquq pozuntusu törədildiyi zaman meydana çıxan beynəlxalq məsuliyyət rejimindən tamamilə fərqlənir: a) əgər birinci halda söhbət dəymiş zərərin,
sadəcə, ödənilməsindən gedirsə, ikinci hal
da isə zərərin ödənilməsindən əlavə, cinayəti törətmiş dövlətin suverenliyinin və beynolxalq-hüquqi subyektliyinin müxtəlif cür məhdudlaşdınlması mümkün ola bilər (məsələn, İraqın Küveytə qarşı təcavüzündən sonra BMT Təhlükəsizlik Şurası özünün 687 saylı qətnaməsində müəyyən etdiyi bir sıra tədbirlərlə İraqın suverenliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdı); b) beynəlxalq cinayət törədilərkən müvafiq dövlətin məsuliyyəti ilə yanaşı, habelə həmin cinayətin törədilməsində təqsirli olan fərdlərin beynəlxalq cinayət məsuliyyəti də ortaya çıxır. Buna əlavə etmək lazımdır ki, beynəlxalq cinayət törədilməsinə görə dövlətin vəzifəli şəxslərindən başqa, adi şəxslər də məsuliyyətə cəlb oluna bilərlər. Doğrudur, bu, beynəlxalq cinayətin xarakterindən asılıdır. Bir sıra cinayətlər, məsələn, təcavüz, müstəmləkəçilik və apartcid həmişə dövlətin siyasi və ya hərbi aparatında, yaxud onun maliyyə və ya iqtisadi sferalannda rəhbər mövqe tutan adamlar tərəfindən törədilir və deməli, yalnız bu şəxslər beynəlxalq cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin obyektiv tərəfini təşkil edən əməllər isə istənilən fiziki şəxs tərəfindən törədilə bilər; bu halda dövlətin beynəlxalq məsuliyyəti ilə yanaşı, bütün təqsirli şəxslərin də fərdi cinayət məsuliyyəti ortaya çıxır (fiziki şəxslərin beynəlxalq məsuliyyəti barədə XVII fəsildə ətraflı bəhs edilmişdir).
Dostları ilə paylaş: |