Xeyirxah xidmətlər və vasitəçilik çox zaman danışıqlarla bir zamanda tətbiq olunan vasitədir. Xeyirxah xidmətlər, əsasən, tərəflər arasında birbaşa danışıqları təmin edir və onun başlanması üçün imkan açır. Xeyirxah xidmətlər və vasitəçilik təklif edən şəxs və ya dövlətə mübahisənin hər iki tərəfinin etibarı olur. Vasitəçi mübahisənin hər iki tərəfinin bəyəndiyi və danışıqlarda bilavasitə iştirak edən şəxsdir. Onun əsas vəzifəsi ondan ibarətdir ki, mübahisənin nizama salınmasının şərtlərini tərəflərə təklif edir və bir- birinə zidd iki mövqe arasında kompromisə nail olunmasına səy göstərir. Son illərdə, BMT-nin Baş Katibi müxtəlif situasiyalarda
301
öz xeyirxah xidmotlorini toklif etmişdir vo bəzi hallarda bu missiyanı davam etdirərək vasitəçi kimi də çıxış etmişdir. Misal üçün, SSRİ, Pakistan və Əfqanıstan arasında mübahisənin nizama salınmasını göstənnək olar. Keçmiş Yuqoslaviya ərazisindəki münaqişələrlə bağlı Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatının «sülh elçiləri» də eyni missiyanı yerinə yetirmişlər.
Dostları ilə paylaş: |