məhkəmə vasitələri.
İkinci növə beynəlxalq arbitraj və Beynəlxalq məhkəmə daxildir; bu halda beynəlxalq mübahisələri qərəzsiz üçüncü tərəf beynəlxalq hüququ əsas götürməklə həll edir və onun çıxardığı qərar mübahisənin tərəfləri üçün məcburidir. Nəzərə almaq lazımdır ki, bütün dinc vasitələr çox zaman bir yerdə tətbiq olunur.
Danışıqlar
Beynəlxalq mübahisələrin dinc yolla həll olunmasının ən sadə, ən geniş yayılmış və ən çox üstünlük verilən vasitəsi birbaşa danışıqlardır. Çox zaman, ortaya çıxacaq mübahisələrin məhz danışıqlar vasitəsilə nizama salınması dövlətlər tərəfindən razılaşdırılır və müvafiq olaraq ikitərəfli və ya çoxtərəfli müqavilələrdə təsbit edilir.
Danışıqlar mübahisələrin nizama salınmasının başlıca diplomatik vasitəsi sayılır. Bu halda mübahisonin tərəflərinin siyasi, iqtisadi və sosial mülahizələri ön plana çəkilir. Doğrudur, birbaşa danışıqlarda beynəlxalq hüquq da əhəmiyyətli rol oynayır.
Bəzi müqavilələrdə nəzərdə tutulur ki, mübahisənin tərəfləri arasında birbaşa danışıqlar bir nəticə verməsə, tərəflərdən biri mübahisəni BMT-nin Beynəlxalq Məhkəməsinə və ya arbitraj məhkəməsinə verə bilər. Tərəflərin mübahisonin həllini üçüncü tərəfə etibar etmək istəməməsi danışıqlardan daha səmərəli istifadə olunmasını şərtləndirir.
Birbaşa danışıqlara başlamış dövlət bu danışıqları vicdanla aparmağa borcludur.
Dostları ilə paylaş: |