Bcynolxalq-hüquqi mosulıyyətin həyata keçirilməsi
Delikvent dövlət başqa dövlətə (dövlətlərə) vurduğu zərəri könüllü ödəməklə, öz beynəlxalq-hüquqi məsuliyyətini həyata keçirmiş olur. Əgər o, hüquqa zidd əməlini davam etdirirsə və/və ya bu əməl nəticəsində dəymiş zərəri ödəməkdən boyun qaçırırsa, onda onun beynəlxalq məsuliyyətini həyata keçirmək üçün zərərçəkmiş dövlət (dövlətlər) məcburiyyət vasitələrinə - əks tədbirlərə (sanksiyalara) əl atmaq hüququ qazanır. Əks tədbirlər (countcrmeasures) — hər hansı dövlətin beynəlxalq hüquqa zidd əməli müqabilində zərərçəkmiş dövlət (və ya sə
lahiyyətli beynəlxalq təşkilat) tərəfindən tətbiq olunan cavab tədbirləridir. Əks tədbirloro aşağıdakı misalları göstərmək olar: embarqo; boykot; müqavilənin digər iştirakçı dövlət tərəfindən pozulmasına cavab olaraq həmin müqaviləyə birtərəfli qaydada xitam verilməsi və s.)-
Əks tədbirlər bcynəlxalq-hüquqi məsuliyyətin forması deyildir (ədəbiyyatda əks fikirlər çoxdur). O, məsuliyyətin həyata keçirilməsini təmin etməli olan xüsusi tədbirlərdir. Məsuliyyət və əks tədbirlər, əsas etibarilə, onunla fərqlənir ki, məsuliyyət əgər hüquq pozuntusunu törətmiş dövlətin horəkətidirsə, əks tədbirlər isə zərərçəkmiş dövlətin hərəkətidir; ikincisi, məsuliyyət - delikvent dövlətin üzərinə qoyulan vəzifədir və o bu vəzifəni mütləq yerinə yetirməlidir; əks tədbirlər isə - zərərçəkmiş dövlətin hüququdur və deməli, o bu tədbirlərə əl atmaya da bilər.
Əks tədbir öz-özlüyündə «bcynolxalq hüquq pozuntusudun>, çünki belə bir tədbirə əl atmaqla, dövlət delikvent dövlət qarşısında əvvəllər öz üzərinə götürdüyü beynəlxalq öhdəliyini pozmuş olur. Əslində isə, başqa dövlətin beynəlxalq hüquqa zidd əməlinə mütənasib cavab olduğundan, əks tədbir hüquqauyğun xarakter alır. Yuxarıda göstərdiyimiz kimi, əks tədbirlər məsuliyyəti aradan qaldıran hallardan biridir. Belə ki, beynəlxalq hüquqda başqa bir məcburiyyət tədbiri sayılan retorsiyadan əks tədbir onunla fərqlənir ki, retorsiya təkcə beynəlxalq hüquq pozuntusuna görə tətbiq olunmur və ən başlıcası, bu zaman belə bir tədbirə əl atan dövlət heç bir konkret öhdəliyini pozmur. Retorsiya, əsas etibarilə, digər dövlətin qeyri-dost hərəkətlərinə cavab olaraq tətbiq edilir. Bu tədbirlər beynəlxalq hüquqla qorunmayan hüquqların məhdudlaşdınimasına (pozulmasına) yönəlmişdir; məsələn, gömrük rüsumlannın qaldın İması, idxalın azaldılması, həmin dövlotdəki səfirin geri çağırılması və s.).
Əks tədbirlər cəza deyildir. Onların konkret məqsədi vardır və bu məqsəd əldə olunan kimi əks tədbirlər dayandırılmalıdır.
Əks tədbirlər beynəlxalq hüquqla müəyyən olunmuş şərtlər çərçivəsində tətbiq olunur.
Birincisi, bu tədbirlər yalnız hüquqa zidd əməlin dayandırılması və/və ya dəymiş zərərin ödənilməsi barədə ilkin tələbdən sonra tətbiq edilə bilər. Bu yönümdə ortaya çıxan problemləri, ən əsası, zərərin ödənilməsini problemini həll etmək üçün əvvəlcə
zərərçokmiş dövlot dclikvcnt dövlollə danışığa gimıoli və ya digər dinc nizamasalma vasitəsinə əl atmalıdır. Yalnız bu vasitələr bir nəticə vermədikdə, yəni irəli sürülmüş müvafiq iddialar rədd edildikdən sonra zərərçokmiş dövlot əks tədbirlərə əl ata bilər.
İkincisi, əks tədbirlərin intensivliyi və miqyası törədilmiş hüquq pozuntusunun ciddiliyinə və vurulmuş zərərin xarakterinə uyğun olmalıdır.
Üçüncüsü, əks tədbirlər tətbiq edilən zaman müəyyən qadağalara əməl olunmalıdır. Belə ki, əks tədbirlər: a) güclə hədələməyə və ya güc tətbiqinə əsaslanmamalıdır (bu qadağa fərdi əks tədbirlərə şamil olunur); b) beynəlxalq hüququn ümumi imperativ normalarından irəli gələn hüquqlan pozmamalıdır; c) dövlətin ərazi bütövlüyünü və ya siyasi müstəqilliyini təhlükə altına almamalıdır; ç) əsas insan hüquqlarına, eləcə də diplomatik və konsul agentlərinin toxunulmazlığına xələl gətirməməlidir.
Əks tədbirlər iki cür olur: 1) fərdi tədbirlər və 2) kollektiv tədbirlər
(beynəlxalq təşkilatlar çərçivəsində). Kollektiv tədbirlərə aşağıdakılan misal göstərmək olar: dövlətin təşkilatda üzvlüyünün dayandmiması; dövlətin təşkilatdan çıxaniması, kollektiv silahlı tədbirlər və s.).
Dostları ilə paylaş: |