FƏSİL
BEYNƏLXALQ MÜBAHİSƏLƏRİN NİZAMA SALINMASININ DİNC VASİTƏLƏRİ
Dinc vasitələrin anlayışı və sistemi
Beynəlxalq hüququn əsas prinsiplərindən biri olan beynəlxalq mübahisələrin dinc yolla həll olunması prinsipinin normativ məzmununu və əhəmiyyətini yuxarıda biz geniş açıqlamışdıq. Göstərmişdik ki, aralarında ortaya çıxan mübahisələri nizamlamaq üçün dövlətlər onların ixtiyarında olan dinc vasitələrin hər hansı birindən istifadə edə bilərlər. Dinc vasitələrin tam olmayan siyahısı BMT Nizamnaməsinin 33-cü maddəsində öz əksini tapmışdır: danışıqlar, müayinə, vasitəçilik, barışdırma, arbitraj, məhkəmə araşdırması, regional orqan və ya sazişlərə müraciət. Göstərilən siyahıya «xeyirxah xidmətlər» daxil edilməmişdir;
«müayinə» termininin əvəzinə isə hazırda «araşdır- ma» («təhqiqat») işlədilir.
Beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələrini iki növə ayırmaq olar:
Dostları ilə paylaş: |