Beynəlxalq arbitraj
Arbitraj beynəlxalq mübahisələrin həllinin mühüm və geniş tətbiq olunan vasitələrindən biridir. Arbitraj mübahisənin diplomatik yox, məhkəmə həllidir.
Beynəlxalq mübahisələrin həllinin bütün dinc vasitələri kimi, arbitraj da könüllüdür. Mübahisənin tərəfi olan dövlətlər qabaqcadan buna razılıq verməlidirlər. Bu razılıq ya ad hoc əsasda {Qvineya/ Qvineya Bisau dəniz delimitasiyası işində olduğu kimi), ya da xüsusi təsis olunmuş mexanizmlə (məsələn. Daimi arbitraj məhkəməsi) verilə bilər. Daimi arbitraj məhkəməsi Dinc nizamlama haqqında 1899-cu və 1907-ci il Haaqa Konvensiyaları əsasmda yaradılmışdır. l.akin praktikada çox az hallarda istifadə olunmuşdur.
Mühüm bir məqamı qeyd etmək lazımdır ki, arbitraj mühakiməsi təkcə dövlətlər arasındakı mübahisələrin həlli ilə məhdudlaşmır. BMT-nin Beynəlxalq Məhkəməsindən fərqli olaraq, arbitraj dövlətlərlə beynəlxalq-hüquqi subyektliyə malik olan digər qurumlar arasında yaranan mübahisələri də həll edir. Məsələn, yuxarıda adını çəkdiyimiz İnvestisiya mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəz dövlətlər və transmilli korporasiyalar arasındakı mübahisələri həll edir.
Beynəlxalq arbitraj aşağıdakı xüsusiyyətlərə malikdir:
Hüquqi mübahisənin həlli üçün mexanizmdir. Bu o deməkdir ki, arbitraj tərəflərin beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələrini əsas tutur və mübahisənin həllinə bu hüququn işin faktlanna tətbiq edilməsi ilə nail olur. BMT-nin Beynəlxalq Məhkəməsi kimi, arbitraj üçün də beynəlxalq hüquq məsələləri əsasdır.
Bir qayda olaraq, arbitraj məhkəməsinin qərarları tərəflər üçün hüquqi cəhətdən məcburidir. Öz mübahisələrini arbitraja etibar etmiş tərəflər onun çıxardığı hər bir qərarı yerinə yetirməyə borcludurlar. Çox nadir hallarda tərəflər qabaqcadan razılaşa bilər ki, çıxarılan qərar məcburi xarakter daşımayacaqdır.
Arbitraj mühakiməsi icraatında tərəflər arbitrləri özləri seçə bilər. BMT-nin Beynəlxalq Məhkəməsinə verilən mübahisələrdən fərqli olaraq, arbitraj məhkəməsinə çıxan tərəflər həm məhkəmə
heyətinin tərkibi, həm də prosesin özü üə bağlı birbaşa nəzarət imkanına malikdirlər. Bu cür təyin olunmuş məhkomə heyəti, əlbəttə ki, tərəflərin etibannı qazanmış olur və bu, həm də onun çıxardığı qərann gücünə müsbət təsir göstərir. Adətən, bu heyətdə hər tərəfdən bərabər sayda arbitr və bir əlavə, «ncytral» arbiti' olur. Lakin mübahisənin həlli üçün tərəflər bir arbitr də təyin edə bilərlər. Arbitraj məhkəməsinin heyətinə BMT-nin Beynəlxalq Məhkəməsinin hakimi (Qvineya/Qvineya Bisau işi), xarici dövlətin hakimi (Tinoko arbitrajı (1923)) və ya hüquqşünas olmayan ekspert də
{Kanada-Fransa Dəniz Delimitasiyası arbitrajı (1992)) götürülə bilər.
Beynəlxalq arbitraj beynəlxalq mübahisələrin nizamlanmasına və habelə beynəlxalq hüququn inkişafına böyük töhfə vermişdir.
Məsələn, ABŞ-Meksika İddialar Komissiyasının (1926) qərarlan beynəlxalq məsuliyyət institutunun inkişafina, Palmas adası işi (1928) ərazinin əldə edilməsi məsələlərinin beynəlxalq-hüquqi tənzimlənməsinə, ABŞ-İran İddialar Tribunalı xarici mülkiyyətin ckspropriasiyası ilə bağlı məsələlərin həllinə əhəmiyyətli təsir göstərmişdir.
Nəhayət, qeyd edək ki, hər hansı arbitraj məhkəməsinin çıxardığı qərara BMT-nin Beynəlxalq Məhkəməsi yenidən baxa bilər.
Belə bir iş - Seneqal/Qvineya Bisau Arbitraj qərarı haqqında iş 1992-ci ildə Beynəlxalq Məhkəməyə təqdim olunmuşdur. Qvi- neya-Bisau onunla Seneqal arasındakı mübahisə ilə bağlı bundan əvvəl çıxarılmış arbitraj məhkəməsinin qərarını qanunsuz hesab edirdi. Lakin Beynəlxalq Məhkəmə qeyd etdi ki, onun funksiyası arbitraj qərarından verilmiş apellyasiyaya baxmaq deyil; o, yalnız prosedur məsələlərinə əməl olunmasını yoxlaya bilər. Beynəlxalq məhkəmə işə mahiyyəti üzrə baxa bilməz; o, yalnız çıxarılmış arbitraj qərarının qanuniliyinə öz münasibətini bildirə bilər.
Dostları ilə paylaş: |