Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə36/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   219
beynelxalq huquq

Dövlətəbənzər qurumlar


Dövlətəbənzər qurumlar müəyyon hocmdə bcynolxalq-hüquqi subycktliyo malik olur. Onlann öz ərazisi, vətəndaşlığı, hakimiyyət orqanlan olur və bir sıra beynəlxalq müqavilələrdə iştirak edirlər.

Bu qurumlara azad şəhərləri və Vatikanı misal göstərmək olar.

XIX-XX əsrlərdə Krakov, Dansiq və 'friyest kimi azad şəhərlər

olmuşdur.

Azad şəhərlərin beynəlxalq-hüquqi subycktliyi beynəlxalq müqavilələr və bu şəhərlərin konstitusiyalan ilə müəyyən olunurdu. Onlar tam özünüidarəyə malik deyildi. Azad şəhərlərin sakinləri üçün xüsusi vətəndaşlıq tətbiq olunurdu. Onlardan bəziləri beynəlxalq müqavilələr bağlamaq və beynəlxalq təşkilatlara daxil olmaq hüququna malik idi. Azad şəhərlərin ən mühüm xüsusiyyətlərindən biri onlann hərbsizləşdirilməsi və neytrallaşdırılmasıdır.



Vatikanın beynəlxalq-hüquqi statusu 1929-eu ildə Papa nümayəndəsi ilə İtaliya hökuməti arasında bağlanmış və l984-cü ildə yenidən baxılmış Lateran müqaviləsi ilə müəyyən olunmuşdur. Vatikan zahirən dövlətin, demək olar ki, bütün atributlanna - kiçik əraziyə, hakimiyyət orqanlanna və

s. malikdir. Lakin Roma şəhərində yerləşən Vatikanın əhalisi haqqında şərti danışmaq olar: burada yalnız katolik kilsəsinin işləri ilə məşğul olan vəzifəli şəxslər yaşayır. Vatikana sosial mənada dövlət kimi baxmaq olmaz; o, əslində katolik kilsəsinin inzibati mərkəzidir. Bununla belə, Vatikan bir çox dövlətlərlə rəsmi əlaqələr saxlayır, bu ölkələrdə öz daimi nümayəndəliklərini təsis edir. Vatikanın nümayəndə heyəti beynəlxalq təşkilataların və konfransların işində iştirak edir. O, bir sıra beynəlxalq təşkilatların (MAQA'l'E, Beynəlxalq Elektron Rabitəsi İttifaqı, Ümumdünya Poçt İttifaqı və s.) üzvüdür, BMT, YUNESKO, FAO və digər təşkilatlar yanında daimi müşahidəçiləri vardır.



  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin