Öz nizamnamə məqsəd və vəzifələrini yerinə yetirmək üçün beynəlxalq təşkilatlar bu və ya digər dərəcədə bcynəlxalq-hüquqi subyektliyə malik olmalıdır. Lakin beynəlxalq təşkilatların bcynəlxalq-hüquqi subyektliyi müəyyən xüsusiyyətlərə malikdir. Belə ki:
onların beynəlxalq-hüquqi subyektliyi törəmə xarakteri daşıyır (beynəlxalq təşkilatlar dövlətlər tərəfindən yaradılır);
bu subyektlik spesifik xarakter daşıyır (beynəlxalq təşkilatın subyektliyi təşkilatın məqsəd və vəzifələri ilə şərtlənir);
beynəlxalq təşkilatların və onlann vəzifəli şəxslərinin (baş katib və müavinlərdən başqa) imtiyaz və immunitetləri diplomatik yox, funksional xarakter daşıyır;
ç) beynəlxalq təşkilatlar BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilməzlər;
beynəlxalq təşkilatda nümayəndəlik birtərəfli xarakter daşıyır (yəni beynəlxalq təşkilat dövlətlərə daimi nümayəndə təyin etmir).
Təşkilatın məqsədlərindən və fəaliyyət istiqamətlərindən, onun təsis aktının («konstitusiya»sının) şərtlərindən asılı olaraq, beynəlxalq-hüquqi subyektliyin dərəcəsi müxtəlif ola bilər. Bu mənada Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüquqi subycktliyinin həcmi digər beynəlxalq təşkilatlarda, məsələn, Ümumdünya Səhiyyə Təşkilatında olduğundan xeyli genişdir.
Beynəlxalq təşkilatlar dövlətlərlə və başqa beynəlxalq təşkilatlarla müqavilələr bağlaya bilər, zərərin ödənilməsi barədə iddialar qaldıra bilər, milli yurisdiksiyalardan immunitetlərə malikdir.
Zərərin ödənilməsi haqqında işdə BMT-nin Beynəlxalq Məhkəməsi qeyd etmişdi ki, öz funksiyalarını səmərəli həyata keçirmək üçün BMT-yə bcynəlxalq-hüquqi subyektlik zəruridir. Bu ideya Beynəlxalq Məhkəmə tərəfindən digər bir işdə - Birləşmiş Millətlərin imtiyaz və immunitetləri haqqında Konvensiyanın 6~cı maddəsinin tətbiq olunması haqqında məsləhət xarakterli rəydə bir daha təsdiq olunmuşdu. Bu işdə, BMT-nin işçisinin ona qarşı hətta öz hökuməti tərəfindən görülən tədbirlə bağlı immuniteti təsdiq olunmuşdu.
Dostları ilə paylaş: |