Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynəlxalq təşkilatda üzvlük



Yüklə 0,96 Mb.
səhifə77/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   219
beynelxalq huquq

Beynəlxalq təşkilatda üzvlük

Beynəlxalq təşkilatın üzvləri iki cür olur:



  1. ilkin üzvlər (beynəlxalq təşkilatın yaradılmasında əvvəldən iştirak etmiş və ya onun təsis aktını imzalamış dövlətlər);

  2. qoşulmuş dövlətlər. BMT-nin ixtisaslaşmış təsisatlarında iki kateqoriya fərqləndirilir:

  1. BMT üzvü olan dövlətlər: bu dövlətlər üçün müvafiq təşkilatın nizamnaməsinə qoşulmağm sadələşdirilmiş qaydası nəzərdə tutulmuşdur;

  2. BMT üzvü olmayan dövlətlər: onlar üçün daha sərt üzv olma qaydaları müəyyən edilmişdir.

Hər hansı dövlətin BMT üzvlüyünə qəbul edilməsi BM'f Nizamnaməsinin 4-cü maddəsinin l-ci bəndinə əsasən həyata keçirilir. Həmin maddəyə görə, «Təşkilatın üzvlüyünə qəbul bu Nizamnamədə göstərilmiş öhdəlikləri öz üzərinə götürməyə hazır olan bütün sülhsevər dövlətlər üçün açıqdın>. 4-cü maddənin 2-ci bəndinə görə, BMT üzvlüyünə qəbul Təhlükəsizlik Şurasının təqdimatına əsasən Baş Məclisinin qəran ilə həyata keçirilir ( bax habelə: BMT Beynəlxalq Məhkəməsinin 1950-ci il 3 mart tarixli məsləhət xarakterli rəyi).

Bundan əlavə, bir sıra beynəlxalq təşkilatlarda daimi müşahidəçi missiyası mövcuddur. Dövlətlərin universal xarakterli beynəlxalq təşkilatlarla münasibətlərdə nümayəndəlikləri haqqında 1975-ci il

Vyana Konvensiyasının 5-ci maddəsinə görə, daimi müşahidəçi missiyası aşağıdakı fiınksiyalan həyata keçirir; a) Təşkilatla əlaqələr saxlanması; b) Təşkilatın fəaliyyətinin bilavasitə öyrənilməsi və bu barədə göndərən dövlətin hökumətinə xəbər verilməsi; c) Təşkilatla əməkdaşlığa və onunla danışıqlar apanimasına kömək göstərilməsi.

Beynəlxalq təşkilatda üzvlüyə iki üsulla xitam verilir:



  1. təşkilatdan çıxma. Bu, yazılı ərizə əsasmda həyata keçirilir. Ərizənin qüvvəyə minməsi üçün müəyyən müddət nəzərdə tutulur. Təşkilatdan çıxmazdan əvvəl maliyyə öhdəlikləri yerinə yetirilməlidir.

  2. təşkilatdan xaric etmə. Bu, təşkilatın nizamnamə müddəalanm kobud və ya sistematik qaydada pozan dövlətlərə qarşı sanksiya kimi tətbiq oluna bilər (məsələn, BMT Nizamnaməsinin 6-cı maddəsi: «Bu Nizamnamədə göstərilmiş prinsipləri sistematik qaydada pozan Təşkilat üzvü. Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Məclis tərəfindən Təşkilatdan xaric edilə bilən>). Misallar: OAPEK-dən (Neft ixrac edən ərəb ölkələri Təşkilatı) Misirin 1979-cu ildə çıxanl- ması; Ümumdünya Poçt İttifaqından Cənubi Afrika Respublikasının 1979-cu ildə çıxaniması.

Beynəlxalq təşkilatda üzvlük aşağıdakı hallarda müvəqqəti dayandırıla bilər:

  1. sanksiya kimi (əsasən, maliyyə öhdəliklərini pozmağa görə tətbiq edilir. Məsələn, 1968-ci ildə Haiti və Dominikan Respublikasının BMT-də üzvlüyü dayandınimışdı);

  2. üzv olan dövlətin iradəsi ilə (məsələn, İndoneziya 1964-1966-cı illərdə BMT ilə faktik əməkdaşlığı kəsmişdi).


    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin