edirəm. Bu gün burda belə mötəbər bir forumda çıxış etmək
mənimçün çox xoşdur və s.
Mütərcim cümlələri, sözləri deyil, fikri xarici dildə
səsləndirir, buna görə də məxəz və tərcümə dilindəki cümlələr
forma, quruluş baxımından üst-üstə düşməyə bilər. Natiqin çıxışı
özünün ilkin formasında yox, mütərcimin formalaşdırdığı şəkildə
dinləyicilərə ötürülür.
Məxəz mətnin yeni formada tərcümədə ötürülməsi labüddür,
çünki mütərcim natiqdən geridə qalır. Mütərcim tərcüməni
başlayan kimi onu necə qurtarmaq haqqında da düşünür. Bu o
deməkdir ki, bu iki mətn arasında fərq olacaq.
Tərcümə dilini gözəl bilən və geniş məlumata malik olan
mütərcim məxəz mətni eyni formada asanlıqla ötürə bilir. Be-
ləki, o, mətbuatı daim izləyir ki, cari proses və hadisələrdən xəbər
tutsun, tibb, informasiya, tarix, bədii ədəbiyyat sahəsindən
müəyyən məlumatı olsun.
146
Sinxron tərcüməçi öz fikrini qısa, sadə cümlələrlə ifadə etməyi
bacarmalıdır. Natiqlər isə uzun, mürəkkəb, qanşıq cümlələr də
işlədə bilərlər. Mütərcim bu cür cümlələri qısa, sadə cümlələrə
parçalayır, sonra onlan özü üçün münasib formada əlaqələndirir və
səsləndirir. Məsələn, aşağıdakı cümləyə diqqət yetirək:
Japan, in the light of the ruling of the international panel, and
following the non-payment of the compensation by the American
steel-exporters, which the US authorities have not forced them to
pay, despite their legal obligations and assurances they have
given, has decided to act unilaterally, which they are perfectly
entitled to in the case of non- compliance with an international
panel ruling - and that is the case here - by imposing punitive
duties on the import of certain flat products, although long ones
should remain unaffected, at least for the immediate future.
Bu cür canlı danışıq dilində olan cümlələrin natiq tərəfindən
səsləndirilməsi adi haldır. Müəyyən çətinliklərə baxmayaraq
mütərcimin dilindən yox, natiqin dilindən bu cümlələri eşidərkən
zaldakılar ümumi kontekstdə söhbətin nədən getdiyini yaxşı
anlayır. Burda qrammatik cəhətdən səhv də var; baş cümlənin
mübtədası əsas feldən dörd sətir aralı düşüb; üçüncü və dördüncü
sətirlərdə ən azı bir texniki anlaşılmazlıq var: “which the US
authorities have not forced them to pay, despite their legal
obligations ” and assurances they have given Aydındır ki, burda
them polad ixracatçılanna aiddir, ancaq sonrakı their legal
obligations and assurances they have given kimə aiddir?
Qrammatik cəhətdən öz hüquqi öhdəlik və təminatlarını yerinə
yetirən polad ixracatçılandır, əslində isə bu ABŞ dövləti,
rəsmiləridir. Konteksti yaxşı bilən, sadəcə olaraq verilən məlumatı
bir də yenidən eşidən dinləyici üçün bu, problem yaratmır. Ancaq
bu məlumatı natiqlə eyni zamanda səsləndirmək və cümlələri
saf-çürük etmək tərcüməçi üçün çətinlik yaradır. Onda mütərcim
nə etməlidir? O, uzun, qanşıq cümləni bir neçə qı
147
sa və sadə cümləyə parçalamalıdır. Burada cümlə salami
(kolbasa) kimi dilimlənir, doğranır. Ona görə də peşəkarlar bu
prosesə salami (salami technique) metodu, salami texnikası
deyirlər.
Bu üsulu yuxarıdakı mürəkkəb cümləyə tətbiq etsək onda
gərək natiq international panel-^ çatanda mütərcim tərcüməyə
başlasın. Burada Yaponiya ilə başlamaq olmaz, çünki mütərcim
bilmir ki, Yaponiya cümləyə necə daxil ediləcək. Yaxşı olar ki,
mütərcim belə bir cümlənin tərcüməsi ilə başlasın: The
Dostları ilə paylaş: |