And in some perfumes is there more delight
Than in the breath that from my mistress reeks.
C дамасской розой, алой или белой,
Нельзя сравнить оттенок этих щек.
Л тело пахнет так как пахнет тело.
Не как фиалки нежный лепесток. (С.Маршак)
Dəməşq güllərinə опт yanağı Bənzəməz,
götürməz müqayisəni.
Deyil bənövşənin incə yarpağı,
Bədən ətri verir onun bədəni.
Qızılgül görmüşəm al, zərif, incə.
Onun yanağında açmaz heç biri.
Bahar mehi deyim axı mən necə,
Yoxdur nəfəsində çiçəyin ətri.
(T. Əyyubov)
(^S,Mustafa)
Bu bəndləri tutuşdurduqda görürük ki, S.Marşak obrazı
dəyişərək sevgilinin nəfəsini yox, onun bədəninin qoxusunu
bənövşə ləçəyi ilə müqayisə etmiş, T.Əyyubovda bənövşə ləçəyi
bənövşə yarpağına çevrilmiş, S.Mustafada isə bahar mehi və
çiçək ətri meydana çıxmış, nəfəs ilə çiçək ətri müqayisə
olunmuşdur.
Beləliklə, rus dilindən edilmiş tərcümələr orijinal ilə
müqayisə edildikdə orijinaldakı bədiilikdən əsər-əlamətin
qalmadığı üzə çıxır, bu cür tərcümələr məhz məzmun baxımından
orijinal ilə müqayisə edilə bilər.
Hazırda Azərbaycan Dillər Universiteti adlanan ali məktəbdə
Tərcümə kafedrası 1966-cı ildə yaranmış və onun ilk müdiri
İsmixan Rəhimov olmuşdur. Onun rəhəbərliyi altında həm
tərcümə üzrə elmi kadrlar yetişmiş, həm də tərcümə işinə,
xüsusilə avropa dillərindən və avropa
dillərinə tərcüməyə başlanmışdır. Onun sətri tərcürhələri əsasında
ingilis şairi C. Bayronun «Şərq poemalan»ndan üçü B.Vahabzadə
{Abidos gəlini), N.Gəncəli {Gavur) və A.Aslanov {Korinfın
mühasirəsi) tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və
bunlar tərcümənin təşəkkülünə təkan vermişdir. İ.Rəhimov
məktəbinin yetirmələri öz tərcümələri və nəzəri fikirləri ilə
Azərbaycan tərcümə tarixinə daxil olmuşlar.
Tərcümə sənətdir, ona yiyələnmək üçün dil, məxəz mətnin
mövzusu və dünya haqqında bilgidən əlavə, tərcüməçi istedadına,
yaxşı yazılı və şifahi nitq qabiliyyətinə, yaradıcı təfəkkürə malik
olmaq lazımdır.
Təqdim olunan kitab müəllifin əxz etdiklərini və qənaətlərini
əks etdirir. Kitab birinci növbədə tərcümə fakültəsində oxuyan
tələbələrə, sonra isə bu sahə ilə maraqlananlara ünvanlanmışdır.
Şübhəsiz ki, burda oxucunun xoşuna gələn və gəlməyən
məqamlar, fikir ayrılığı da olacaq. Hər cür iradlarınızı qəbul edir
və xahiş edirik onları ADU-nun Tərcümə nəzəriyyəsi və
praktikası kafedrasına göndərəsiniz.
Hörmətlə,
müəllif
|