Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə6/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   111
Tərcümədə Hnqvistik forma, ^ 
məna və ekstralinqvistik situasiya 
Bir elm kimi müasir dilçilikdə iki sahə - mikrolinqvistika və 
makrolinqvistika~ha,mı  tərəfindən  tanınır  və  qəbul  edilir. 
Mikrolinqvistika&d  dil  tədqiqat  obyektidir  və  dil  özü  özü 
vasitəsilə  tədqiq  olunur,  yəni  dil  həm  obyekt,  həm  də  tədqiqat 
vasitəsidir.  Məsələn,  dilin  bütün  aspektlərinin  (fonetika,  • 
morfologiya, leksikologiya, semasiologiya, 
9 ı  


sintaksis,  üslubiyyat,  dil  tarixi,  ədəbi  dil,  dialektlər)  tədqiq 
olunması  və  tədqiqatın  məhz  dil  vasitəsilə  aparılması 
mikrolinqvistikadır.  Makrolinqvistika  dedikdə  isə  biz  dilçiliyin 
psixolinqvistika,  sosiolinqvistika,  etnolinqvistika  sahələrini 
nəzərdə tuturuq ki, onlar dili ekstralinqvistik (yəni dilin özü ilə 
birbaşa  bağlı  olmayan)  amillərlə  bağlı  öyrənir.  Bundan  əlavə, 
linqvistika (dilçilik) nəzəri və tətbiqi dilçiliyə bölünür. Tərcümə, 
dilin tədrisi, informasiya nəzəriyyəsi tətbiqi dilçiliyə aid edilir. 
Tərcümə  nəzəriyyəsi  makrolinqvistikaya  ona  görə  aiddir  ki, 
fərdi (psixoloji), sosial,  etnik amillərin hər birinin nitqdə izi  və 
rolu  var,  bunları  nəzərə  almadan  mətni  düzgün  tərcümə  etmək 
olmaz. Hər bir mətn nitq fəaliyyətinin məhsuludur və tərcüməçi 
üç məqamı nəzərə almalıdır: 
1. Mətnin  (ünsiyyətin)  mövzusu,  yəni  mətn  nədən  bəhs  edir 
(subject matter); 
2. 
Ünsiyyətin baş verdiyi situasiya (context, situation); 
3. Ünsiyyət prosesinin iştirakçıları (sender and receiver of the 
message). 
Mətn  çoxmənalı  sözlərin  mənasını  başa  düşməyə,  kontekst 
(situasiya)  ilə  bağlı  eleptik  cümlələrdə  buraxılmış  cümlə 
üzvlərinin yerini doldurmağa imkan verir. Məsələn, Azərbaycan 
dilindəki  Olarmı?  cümləsini  müəyyən  bir  kontekstdən  təcrid 
olunmuş  halda  götürsək,  o,  natamamdır,  sualda  nə  istənildiyi 
bilinmir.  Ancaq  onu  müəyyən  bir  situasiyada  işlətsək,  tutaq  ki, 
kimsə  qapını  azacıq  açıb  “O/ar/wf?”  deyəndə  biz  onun  içəri 
girmək üçün icazə istədiyini başa düşürük. Yaxud stolun üstündə 
konfet var, uşaq əlini ona tərəf uzadıb “O/armı?” deyirsə: onda 
şübhəsiz ki, o, konfeti götürmək üçün icazə istəyir. Əgər ünsiyyət 
prosesində  iştirak  edən  hər  iki  tərəf  situasiyanı  eyni  dərəcədə 
anlayırsa, onda həmin kontekstual cümlənin dediyimiz mənalarda 
işlənməsi mümkündür. 
10 V 


Eyni  sözü ingilis  dilindəki  çoxmonalı  break  sözü haqqında 
da  deyə  bilərik.  To  break  felinə  aşağıdakı  kontekstlərdə  rast 
gəlinir: 1) break a window {pəncərəni qırmaq), break a chair 
{stulu qırmaq), break one’s leg {qıçını qırmaq), break a thread 
{sapı  qırmaq),  break  smth  into  two  {nəyisə  iki  yerə 
parçalamaq), break  smth  into  fragments  {nəyisə parça-parça 
etmək,  hissələrə  bölmək),  break  smth  into  pieces  {nəyisə 
parça-parça,  tikə-tikə  etmək),  break  smth  against  the  rock 
{nəyisə  qayaya  çırpıb  sındırmaq,  parçalamaq)’,  2)  a  glass 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin