dördü ilə dilin yeganə əlaqə vasitəsidir) qoxu, dad, toxunma,
görmə, səs rəmzləri yaratmaqla metafora ekstralinqvistik
gerçəkliklə təxəyyül aləmini bir-birinə bağlayır. Ekspressiv və
estetik komponent kimi orijinal metafora tərcümədə olduğu kimi
saxlanmalıdır.
Ekspressiv, informativ, vokativ və estetik funksiyalar
əvvəldən axıradək mətndə iştirak etdiyi halda, fatik və
metalinqvis- tik funksiyalar mətnin ancaq müəyyən hissəsində
işlənir.
Fatik (phatic) funksiya informasiya ötürmək üçün işlənmir,
reseptorla xoş münasibət yaratmaq məqsədi güdür. Bu funksiya
özünü təkcə danışanın səsinin tonunda yox.
Necəsiniz?,
Bilirsiniz, Yaxşısınızmı?, Sizə yaxşı istirahət arzulayıram! Nuş
olsun! Sabaha qədər! Bayramı yaxşımı keçirdiniz?. Nə pis
havadır. İsti deyilmi? kimi ayn-ayrı cümlələrdə özünü büruzə
verir.
Yazılı nitqdə fatik ifadələrdən oxucunun rəğbətini, etibanm
qazanmaq üçün istifadə olunur.
Əllbəttə, şübhəsiz, təbii ki,
toxunmaq yerinə düşər, məlumdur ki, və s. belələrindəndir.
Şübhəsiz belələrini tərcümə etmək çətinlik doğurmur.
Dilin
metalinqual (metalingual) funksiyası dilin öz-özünü
izah etmək, adlandırmaq, öz xüsusiyyətlərini tənqid etmək
qabiliyyətini göstərir. Bu qabiliyyət universal keyfiyyət kəsb
edib, bütün dillərə xas olduqda tərcümədə problem yaranmır.
Məsələn, bütün dillərdə cümlə, qrammatika, fel və s. var. Bu
universallıqdır. Ancaq elə ola bilər ki, belə dil universalilən
mövcud olmasın. Bu keyfiyyət şifahi, yəni başqa dillərlə əlaqəsi
olmayan dillərə xasdır. Bununla belə, bu xüsusiyyətlər ancaq bir
dilə məxsussa (məsələn,
supine {supin - ingilis dilində məs- dərin
həmişə
to ilə işlənməsi),
ablative {ablativ - təsirlik hal),
illative (a
word or phrase as
therefore, as a conseqııence intro- ducing an
inference),
optative {optativ-Mm arzu şəkli) və s.), onda onlar
müxtəlif kontekstual amillərə müvafiq olaraq tərcümə edilir.
Bəzən
misallarla izah edilir, neytral bir terminlə verilir.
164
Nəzərə almaq lazımdır ki,
strictly speaking (ciddi desək), in
Dostları ilə paylaş: