mühüm üslubi moziyyotləro baxmayaraq mozmun formanı çox
üstələyir. Digər
tərəfdən, dini moizələrdə bəzi
akrostik şerlər {bu
eh şer növüdür ki, burda əsasən birinci misraların birinci hərfi
söz, yaxud /raza əmələ gətirir) aydın şəkildə elə qurulub ki, elə bil
şer bir
zirehli canlığa, gödəkçəyə sığışdırılıb. Hətta məlumatın
məzmunu da hədəf dildə danışanlardan asılı olaraq fərqlənə bilər.
Məsələn, bəzi hindu tayfalarının nağıllarında heyvanların rəmzi
rəqsində əcdahanm öndə getməsi, rəqsə başçılıq etməsi ingilis
dilli oxucu, yaxud dinləyici üçün maraqlı olsa da, onlar dini
moizələr qədər əhəmiyyətli deyil. Hətta hinduların özləri də bu
moizələri həmin nağıldan daha əhəmiyyətli hesab edirlər.
Şerdə nəsrdən fərqli olaraq forma daha çox əhəmiyyət kəsb
edir. Bu, o demək deyil ki, şer tərcüməsində məzmun formaya
qurban verilir, şerin məzmunu sıxışdırılıb müəyyən formalı bir
qəlibə salınır. Çox nadir hallarda tərcümədə forma ilə məzmunun
hər ikisi öz əksini tapır. Əksər hallarda məzmunun ötürülməsi
xatirinə forma qurban verilir. Digər tərəfdən nəsrlə tərcümə
olunmuş lirik şer orijinalın adekvat ekvivalenti deyil. Bu tərcümə
konseptual məzmunu verə bilsə də, şerə məxsus emosionallıq və
oxunaqlığı verə bilmir. Bununla belə, bir sıra mühüm mədəni
mülahizələrə görə bəzi şer növlərinin nəsr ilə tərcümə olunması
mümkündür. Misal üçün, Homerin epik şerlərinin ingilis dilinə
tərcüməsi formaca çox qədim və qəribə görünür. Burada Homer
üslubuna məxsus axıcılıq və təbiilik yoxdur. Bunun
səbəblərindən biri oxucuların hekayənin nəzm ilə nəqlinə
öyrəşməmə- sidir. Buna görə də E.B.Riyu belə hesab edir ki,
Homerin “İliada” və “Odissey”ini nəsrlə tərcümə etmək daha
müna- sibdir(37).
Mütərcimin müəyyən məqsədləri də tərcümə üsulunun,
tərcümə növünün seçilməsində mühüm amil ola bilər. Şübhəsiz
ki, məxəz mətnin müəllifi ilə tərcüməçinin məqsədləri tamamilə,
yaxud qismən üst-üstə düşə və düşməyə bilər.
223
MosDİon, tohkiyyoçi yalnız öz oxucu, vo ya dinləyicisini
əyləndirmək məqsədi güdür. Amma bu cür hekayələri tərcümə
etməyi qarşısına məqsəd qoymuş etnoqraf onları yaradan xalqın
mahiyyətinə nüfuz etməyə, ondakı özünəməxsusluğu üzə
çıxarmağa, qabartmağa çalışır. Tərcüməçi işinə başlayarkən öz
məqsədini aydınlaşdırmalı və buna müvafiq tərcümə növü
seçməlidir, çünki məqsəddən asılı olaraq hansı məlumatın daha
mühüm olması və tərcümədə öz əksini tapması məsələsi ortaya
çıxır.
Tərcümənin əsas məqsədi mətnin həm məzmun, həm də
formasının tərcümədə verilməsidir. İnformativ tərcümələrin əsas
məqsədi idraki səciyyə daşıyır. Etnoqrafın tərcüməsi, yaxud
müəyyən bir fəlsəfi əsərin tərcüməsi sırf informativ tərcümədir.
Digər tərəfdən, informativ tərcümə oxucu, və ya dinləyicidə
emosionallıq, hiss-həyəcan doğurmaq məqsədi də daşıya bilər.
Tərcüməçinin məqsədi informasiya verməkdən artıq da ola
bilər. O, tərcümə vasitəsi ilə müəyyən bir davranış tərzi aşılamaq
niyyəti güdə bilər. Belə hallarda tərcüməçi elə ağıllı, elə kiçik
manevrlər, dəyişikliklər aparır ki, oxucu onun nə demək
istədiyini anlayır. Tərcüməçi oxucusundan
necə də ağıllıdır yox,
Dostları ilə paylaş: