Təbii tərcümə adaptasiyanın iki mühüm sahəsini özündə
birləşdirir: qrammatika və leksika. Tərcümə zamanı qrammatik
modifıkasiyalar dil strukturları arasındakı fərqlərdən irəli gəlir və
bunsuz keçinmək qeyri-mümkündür. Buna görə də məcburuq ki,
tərcümədə söz sırasını dəyişək, fel əvəzinə isim yazaq, əvəzliyi
isimlə əvəz edək və s.:
1. He bought a book yesterday.
Mübtəda-Xəbər- Tamamlıq-Zaman zərfliyi
O dünən bir kitab aldı.
Mübtədä-Zaman Zərfliyi- Tamamlıq-Xəbər
2.
To import grain from other countries is not allowed.
Digər ölkələrdən taxıl
idxalına icazə verilmir.
3. He gave
her
his book.
Oğlan kitabını
qıza verdi və s.
Məxəz dilin leksik strukturu nisbətən asanlıqla hədəf dilin
semantik tələblərinə uyğunlaşır. Müəyyən qaydalara riayət
etməkdən başqa çoxlu alternativ imkanlar var. Ümumiyyətlə, üç
leksik səviyyəni nəzərə almaq lazımdır: (1) dillərdə qarşılığı çox
asanlıqla tapılan sözlər, məsələn,
river-
Dostları ilə paylaş: