Tərcümə və dil sistemindəki
səviyyələıu
Tərcümənin mahiyyətini şərh edərkən dedik ki, o, məxəz
dildə yazılnuş mətnin hədəf dilə transformasiya prosesidir, bu
prosesdə məxəz mətnin məzmunu dəyişməz qalır. Bu o deməkdir
ki, tərcümə prosesində ifadə tərzi dəyişir, məxəz dilin vahidləri
hədəf dilin oxşar vahidləri ilə əvəz olunur, ancaq məxəz mətnin
məzmunu, mətnin daşıdığı informasiya nisbətən, dəyişməz qalır.
Beləliklə, bu qənaətə gəlirik ki, nəzəriyyəçi, yaxud təcrübəsindən
asılı olmayaraq tərcüməçinin əsas vəzifəsi məxəz dildə tərcümə
olunacaq minimal vahidləri tapmaqdır. Bu vahidlər tərcümə
nəzəriyyəsində adətən tərcümə vahidi hesab edilir.
Tərcümə vahidi tərcümə nəzəriyyəsində mürəkkəb
məsələlərdən biridir. Bununla əlaqədar çoxlu fikirlər var. Bəziləri
hətta belə vahidlərin olmadığını iddia edirlər. Tərcümə vahidi
dedikdə məxəz mətndə elə vahidləri nəzərdə tuturuq ki, onların
tərcümə mətnində qarşılığını tapmaq mümkündür. Ancaq onun
ayrıca götürülmüş komponentinin tərcümə mətnində qarşılığı
olmaya da bilər. Onlar mürəkkəb quruluşa da malik ola bilər,
məxəz dildəki daha kiçik vahidlərdən ibarət ola, ayrılıqda
götürüldükdə tərcümə olunmaya da bilər, yəni məxəz dildə
özlərinə məxsus, nisbətən müstəqil mənaları olsa belə, tərcümə
mətnində onların qarşılığını tapmaq mümkün olmaya da bilər.
Dildə minimal mənalı vahid morfemdir, bəzən belə olmaya da
bilər: 1) elə hallar var ki, mənalı vahid rolunda mor- fem yox,
dilin daha yüksək səviyyəsi olan söz, ifadə, hətta cümlə çıxış edir;
2) morfemdən yüksək səviyyədə olan söz, ifadə, cümlə semantik
cəhətdən seqmentlərə bölündükdə, yəni onların komponentləri (o
cüıyri^dən morfomlorin özlə.
rinin nisbi mənası olduqda), əksər hallarda hədəf dildə bölünməz
vahidlərə uyğun gəldikdə, onların komponentləri məxəz dilin
oxşar komponentlərinə uyğun gəlmir. Belə olduqda tərcümə
vahidi morfem (çox vaxt hətta söz və ifadə) yox, hədəf dildə daha
yüksək səviyyədə olan vahiddir.
Beləliklə, dil səviyyələrində hər hansı bir vahid tərcümə
vahidi ola bilər. Dilçilikdə adətən bir ierarxiya (hierarchy) təşkil
edən aşağıdakı dil səviyyələrinin mövcudluğu hamı tərəfindən
qeyd olunur: fonem, (yazıda qrafem), morfem, söz, fraza, cümlə
və mətn səviyyələri.
Basil Hatim və İan Mason (14) semiotik vahidi tərcümə
vahidi kimi təqdim edir, bunun üçün tərcüməçi məxəz mətndə
onu bir işarə kimi tanıyır {Identification), sonra onun haqqında
məlumat toplayır {information), mənasını açıqlayır {explication)
və nəhayət tərcümə {transformation) edir.
Bunlardan əlavə bir qrup nəzəriyyəçilər sözü {word),
digərləri isə anlamı {sense) tərcümə vahidi kimi təqdim edir və
hər iki qrup öz fikrini əsaslandırmağa çalışır. Bütün bu
deyilənlərə baxmayaraq tərcümə prosesində dil səviyyələrini
diqqətdən kənarda qoymaq olmaz.
Fonem (qrafem) səviyyəsində tərcümə. Bildiyimiz kimi,
fonem özünün mənası olmayan, lakin sözlərdə mənaları
fərqləndirməyə qadir ən minimal dil vahididir. Bununla belə,
tərcümə praktikasında elə hallara rast gəlirik ki, məhz fonem
(qrafem) tərcümə vahidi kimi çıxış edir, belə ki, məxəz dildəki
fonemlər (qrafemlər) hədəf dildəki qarşılığı ilə əvəzlənir, bu
şərtlə ki, onlar akustik və tələffüz məxrəcləri baxımından eyni
olsunlar, məsələn, President Bush - Prezident Buş. Ancaq bu belə
olmaya da bilər, çünki ingilis dilindəki fonemlərin sayı 44,
qrafemlərin sayı iyirmi altıdır, Azərbaycan dilində fonemlərlə
qrafemlərin sayı bərabərdir. İngilis və Azərbaycan dillərinin
fonem və qrafemlərinin arasındakı bu uyğunsuzluq xüsusi
isimlərin (adların) tərcüməsində çətinlik yaradır. Məsələn, ingilis
dilində Mr, Bird, Mr,
18.
|