Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə21/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   111
Transformasiyanın növləri^ 
Məxəz  və  hədəf  dillərin  formal  və  semantik  sistemlərində 
fərqlər olduğundan tərcümədə ekvivalentlik bir sıra dillər- arası 
(interlinguistic),  yaxud  tərcümə  transformasiyalarının  baş 
verməsini  tələb  edir,  çünki  bu  cür  transformasiyalar  olmadan 
məxəz  mətndəki  informasiyanı  tam  və  hədəf  dilin  qaydalarına 
riayət etməklə çevirmək mümkün deyil. Tərcümə prosesində rast 
gəlinən əsas transformasiya növləri aşağıdakılardır: transpozisiya 
(transposition), 
əvəzetmə 
(repla- 
cement), 
artırma 
(əlavəetmə-addition) və kəsib-atma (omis- 
33^ 


siori).  Nəzəri  ədəbiyyatda  transformasiya  termini  əvəzinə 
translation 5/ı^5-də işlənir. Bu təsnifat şərti və təqribidir, çünki 
elə  hallara  rast  gəlinir  ki,  eyni  transformasiya  növü  müxtəlif 
şəkildə izah edilir. 
Transpozisiya  (transposition).  Bir transformasiya növü kimi 
transpozisiya  məxəz  dildəki  cümlə  üzvlərinin  hədəf  dildəki 
cümlədə yerlərinin dəyişməsidir. Məlumdur ki, ingilis dilində söz 
sırası mubtəda'^xəbərHkinci dərəcəli üzvlər kimi düzülür. Zaman 
zərfliyi mübtədadan qabaq da gələ bilər: 
Yesterday I came home at 5 o’clock. Zz+M+X+Yz+Zz 
Dünən saat 5-də evə gəldim. Zz+Zz+Yz+X 
Burada Zz-zaman zərfliyi, w-mübtəda, x-xəbər, yz-yer zərfli- 
yidir. 
İngilis  dili  analitik  səciyyəli  olduğundan  söz  sırası  sabit, 
Azərbaycan  dili  isə  sintetik  olduğundan  söz  sırası  nisbətən 
sərbəstdir.  İstər ingilis  dilindən, isərsə də ingilis  dilinə tərcümə 
etdikdə hər şeydən əvvəl cümlənin nüvəsini təşkil edən mübtəda 
və  xəbəri  tapmaq,  sonra  isə  qalan  cümlə  üzvlərini  onların 
ətrafında  qruplaşdırmaq  lazımdır.  Baş  və  budaq  cümlələr  də 
tərcümədə  yerini  dəyişə  bilər:  Who  is  your  date  if  it  isn^t 
Fitzgerald? - I asked him (Salinger)-//7zccra/^/ deyilsə, bəs kimdi 
görüşdüyün bu qız? Bir də ondan soruşdum (T.V.) 
Əvəzetmə  (replacement).  Əvəzetmə  transformasiyanın  ən 
geniş  yayılmış növüdür.  Tərcümə prosesində hər  bir dil vahidi, 
kateqoriyası  başqası  ilə  əvəzlənə  bilər.  Nəzəri  ədəbiyyatda  iki 
əvəzetmədən - qrammatik və leksik əvəzetmədon danışılır. İngilis 
dilindən Azərbaycan dilinə tərcümə zamanı  cəmdə olan bir çox 
isimlər  tək  halında  tərcümə  olunur.-  I  bought  potatoes  (oats, 
tomatoes, apples, onions) in the market - Bazardan kartof (yulaf 
pomidor, alma, soğan) aldım. 
Bir nitq hissəsi ayrı bir nitq hissəsi ilə əvəz oluna bilər.  He 
spent the night at home - O evdə gecələdi. He was beheaded 
34 


-  Onun  başı  kəsildi  (Onun  başını  kəsdilər).  He  gave  her  his 
book-Oğlan kitabını qıza verdi. 
Mürəkkəb cümlə sadələşə bilər:  When I came home he was 
watching TV-Mən evə gələndə o, televizora baxırdı. 
Polisindeton  asindetonla  əvəzlənə  bilər.  Məsələn,  Şekspirin 
66-cı sonetinə diqqət yetirək: 
Tired with all these^ for restful death I cry. 
As, to behold desert a beggar born. 
And needy nothing trimmed in jollity. 
And purest faith unhappily forsworn. 
And gilded honour shamefully misplaced, 
And maiden virtue rudely strumpeted, 
And right perfection wrongfully disgraced, 
And strength by limping sway disabled, 
And art made tongue-tied by authority, 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin