Digər bir misal: İngilis dilindəki
spouse sözü həm ar, həm do
arvad mənasında işlənir. Tərcümə zamanı onun kimə aid olduğu
müəyyənləşdirilməlidir. Rəsmi sənədlərin dilində bu sözdən çox
istifadə olunur. Əgər sənədi dolduran kişidirsə, deməli söhbət
onun
arvadından^ qadmdırsa söhbət
ərindən gedir.
Ümumiləşdirmə konkretləşmənin tam əksinə olan bir
prosesdir, burda məxəz dildəki dar mənalı leksik vahid hədəf
dildə daha geniş mənalı leksik vahidlə əvəz olunur. Selin- cerin
Çovdarlıqda uçurumdan qoruyan''^ əsərinin elə birinci
səhifəsində belə bir cümlə var:
That isn't too far from this crumby
place, and he comes over and visits me practically every
weekend. Sonuncu sözün Azərbaycan dilində tərcüməsi
O.Musayevin
İngiliscə-Azərbaycanca lüğətində belədir:
uikend,
həftə sonu (şənbə və bazar) (57). T.Vəliyevin tərcüməsində
oxuyuruq:
Hollivud bu murdar sanatoriyadan çox da uzaqda
deyil, ona görə də, o demək olar ki, hər həftə bura məni
yoxlamağa gəlir.
Göründüyü kimi, bir sıra ölkələrdə şənbə, bazar günləri iş,
dərs yoxdur. Bu iki gün həftənin sonunda gəldiyi üçün ona
week-end, yəni
həftənin sonu adı verilmişdir. Burda iki konkret
gün var:
şənbə, bazar. Mütərcim ümumi kontekstdən başa düşür
ki, insanlar boş vaxtlannda (bu da şənbə və bazar günlərinə
təsadüf edir) kiməsə baş çəkməyə gedir. Buna görə də, o,
ümumiləşdirmə apararaq bu iki sözün əvəzinə bir söz
(həftə)
işlətməklə ümumiləşdirmədən istifadə etmişdir.
Ayrı bir misal:
Jane used to drive to the university in her new
Cadillac.- Ceyn universitetə öz təzə maşınında gələrdi.
Göründüyü kimi,
Cadillac konkret bir avtomobil markasıdır.
Maşın isə ümumi olaraq bütün maşınlara şamil edilə bilər.
Daha bir nümunə: Oxford Advanced Leaner's Dictionary (VII
nəşr)
boats adı altında
liner, container, ship, tug, catamaran,
Dostları ilə paylaş: