Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş


proposed a world conference on the nuclear program of Iran



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə25/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   111
proposed a world conference on the nuclear program of Iran 
(BMT-nin  baş  katibi  İranın  nüvə  proqramı  ilə  əlaqədar  dünya 
birliyinin konfransının çağırılmasım təklif etdi). Cümləyə diqqət 
yetirdikdə  məlum  olur  ki,  to  call  feli  proposed  a  world 
conference sözbirləşməsinin alt qatının bir komponentidir, lakin 
cümlədə  (üst  qatda)  buraxılmışdır.  Bu  çatışmazlıq  dərhal  hiss 
edilir və tərcümədə bərpa olunur. 
İngilis  dilində  müəyyən  komponentləri  buraxılmış  söz 
birləşmələri  çoxdur.  Məsələn;  pay  daim  -  əmək  haqqının 
artırılması tələbi, wage strike - əmək haqqının artırılması tələbi 
ilə keçirilən tətil, gun license-silah gəzdirmək üçün lisenziya. Bu 
cür hallar frazeoloji birləşmələrdə də müşahidə olunur: The milk 
is spilt - There is no use crying over the spilt milk; DoiTt trouble 
trouble - Don’t tronble trouble until trouble troubles you və s. 
LAtilma  (omission).  Atılma  (ixtisar)  artırmanın  tam  əksi-  dir. 
Atılma  iki  mənada  basa  düşülə  bilər:  semantik  cəhətdən  artıq, 
lüzumsuz  {redundant)  sözün  atılması;  etik-əxlaqi  mülahizələrə 
görə  qcyri-senzur  sözlərin,  parnoqrafık  səhnələri  təsvir  edən 
hissələrin  ixtisarı.  Lüzumsuz  sözlərin  atılması  hədəf  dilin 
normaları  ilə  bağlıdır,  bu,  məxəz  dil  ilə  tərcümə  dili  müxtəlif 
normalar əsasında formalaşdıqda baş verir. Fikrin 
41 


moxəz dildə necə ifadə edilməsindən asılı olmayaraq, həmin fikir 
hədəf  dilin  normalarına  riayət  etməklə  tərcümə  olunmalıdır. 
T.Savorinin ‘Tərcümə sənəti” əsərində (The Art of Translation) 
göstərilən  tezislərdən  biri  budur  ki,  tərcümə  orijinal  kimi 
oxunmalıdır,  müəyyən  məqamlar  istisna  olmaqla,  ədəbi  dil 
baxımından  onun  tərcümə  əsəri  olduğu  bilinməməlidir, 
tərcümənin dili təbii, anlaşıqlı və səlis olmalıdır (27). Məsələn, 
ingilis dilində eyni birləşmədə sinonimlərin işlənməsi (null and 
void, just and fair. Just and equitable, by force and violence) adi 
haldır.  Belə  hal  Azərbaycan  dilində  də  müşahidə  olunur; 
göz^l-göyçak,  ağdh-kamalh,  varlı-  karlı,  varlı-dövlətli  və  s. 
Tərcümə  zamanı  hədəf  dilin  norma-  lanna  uyğun  olaraq  belə 
sinonimlərdən biri atılır: 
The contract was declared null and void - Müqavilə etibarsız 
elan edildi; He expected to have a just and equitable treatment - 
O,  ədalətli  rəftar  gözləyirdi:  He  gained  his  goal  by  force  and 
violence - O, zor gücünə öz məqsədinə çatdı. He used force and 
violence - O, zor işlətdi. 
Etik-əxlaqi mülahizələrə görə ixtisar mədəniyyətlər arasında 
fərqi  götürür,  hədəf  mətn  oxucusunun  maraqlarını  daha  çox 
nəzərə  alır  və  mətni  onun  səviyyəsi  və  dünya  görüşünə 
uyğunlaşdırır.  1875-ci  ildə  R.Burton  Minbir  gecə  nağıllarını 
ingilis  dilinə  tərcümə  etdikdən  sonra  yazdığı  Love,  Fancy  and 
War əsərində özünün tərcümə prinsiplərini şərh edərək yazır ki, 
ərəblərdə və ingilislərdə toy mərasimi fərqli şəkildə təsvir edilir. 
İngilislərdə yazıçı bəylə gəlini yataq otağına qədər müşayət edir, 
ərəblərdə  isə  yazıçı  onlarla  otağa  daxil  olur  və  tənəzzöh  edir. 
R.Burton  qeyd  edir  ki,  əgər  mən  ordakı  səhnələri  olduğu  kimi 
təsvir  etsə  idim,  onda  ingilislərdə  ərəblər  haqqında 
mədəniyyətsiz,  vəhşi  bir  xalq  təsəvvürü  yaranardı,  ona  görə  də 
həmin hissələri tərcümə etmə- dinı.(3) 
\/İxtisar  (elimination).  Məxəz  mətndəki  semantik  cəhətdən 
lüzumsuz  elementlərin  ixtisarı  tərcümə  mətnində  lakoniklik  və 
yığcamlıq üçün imkan yaradır, tərcümə mətninin həcmi 
42 


azalır. Çox vaxt ixtisar bir zorurot kimi meydana çıxır, çünki bir 
çox hallarda müxtəlif artırmalar, şərhlər, izahlar tərcümə mətninin 
həcmini  həddindən  artıq  şişirdir.  Bunun  qarşısını  almaq  üçün 
mütərcim  həmişə  hədəf  dilin  linqvistik  və  üslubi  normaları 
çərçivəsində  məxəz  mətnindəki  semantik  cəhətdən  lüzumsuz, 
artıq elementləri ixtisar etməyə çalışır. 
İxtisar heç də həmişə nitqdəki lüzumsuz elementlərin atılması 
cəhdi  ilə  bağlı  deyil.  Bunun  üçün  başqa  səbəblər  də  ola  bilər. 
Nitqdə  konkret  say,  çəki,  ölçü  kimi  semantik  amillərin 
konkretliyinə  lüzum  olmadıqda  bu  transformasiya  növündən 
istifadə olunur.Məsələn: About a gallon of water dripping down 
my neck - Su boynumdan sel kimi süzülürdü. 
Tərcümə  transformasiyaları  nəzəri  ədəbiyyatda  tərcümə 
dəyişmələri  (translation  shifts)  kimi  də  izah  edilir.  Bu  zaman 
məxəz mətn  invariant (invariant), tərcümə isə  variant  (variant) 
kimi qəbul edilir. Bu o deməkdir ki, tərcümə prosesində baş verən 
dəyişikliklər  nəticəsində  məxəz  mətnin  variantları  yaranır. 
Dəyişmələrin məcburi (obligatory) və könüllü (optional) növləri 
qeyd olunur. Məcburi dəyişmələr məxəz və hədəf dillər arasında 
fərqlər, könüllü dəyişmələr bu iki mətn arasında üslubi, ideoloji 
və mədəni fərqlərlə bağlıdır. Tərcümə nəzəriyyəçisi Katford (11) 
səviyyə  (level)  və  kateqoriya  (category)  dəyişmələrindən  bəhs 
edir.  Səviyyə  dəyişməsində  məxəz  dilin  bir  səviyyədə  olan 
kateqoriyası  hədəf  dildə  ayrı  bir  səviyyədəki  kateqoriya  ilə 
əvəzlənir.  Kateqoriya  dəyişmələrinə  isə  struktur  dəyişmələr 
(structure shifts), məsələn, mübtəda-xəbər-tamamhq strukturunun 
mübtəda-tamamlıq-xəbər strukturu ilə əvəzlənməsi, vahid (rank, 
unit)  dəyişmələri, məsələn, bir sözün morfemlə,  yaxud bir qrup 
sözün bir cümlə (clause) ilə tərcüməsi, sinif (class) dəyişmələri, 
məsələn, sifətin isim, yaxud fellə tərcüməsi, termin (intrasystem) 
dəyişmələri, sistemin öz daxilində baş verən dəyişmə daxildir. Bu 
zaman  məxəz  və  hədəf  dillərin  sistemləri  eyni  formal 
konstitusiyaya (quruluşa) malik olur. 
43 


ancaq  torcümo  iso  hədəf  dil  sistemində  uyğun  olmayan  bir 
terminin seçilməsini tələb edir. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin