romanından aşağıdakı cümlə buna bariz nümunədir:
Then I got
this book I was reading and sat down in my chair. Oturacaq
mənasında ingilis dilindəki
chair sözünün Azərbaycan dilində
həm
stul, həm də
kreslo mənaları var. Ancaq bu cümlədən
bilinmir ki,
chair bu mənalardan hansı birində işlənmişdir. Ona
görə də daha geniş kontekstə müraciət etmək lazım gəlir. İki
cümlədən sonra oxuyuruq:
There were two chairs in every room. I
had one and my roommate, Ward Stradlater, had one. The arms
were in sad shape, because everybody was always sitting on them,
but they were pretty comfortable chairs. Otaqda iki kreslo vardı.
Biri mənim, biri də otaq yoldaşım Vord Stredleyterin idi. Hər
ikisinin qoltuqları laxlayıb əldən düşmüşdü, çünki uşaqlar həmişə
onların üstündə oturardılar. Amma çox rahat kreslolardı
(T.Vəliyev). Sonrakı cümlələrdə
arms {dirsək, qoltuq) sözünə rast
gəlinməsə idi, şübhəsiz ki, mülərcim elə
cltair-m stul kimi
tərcümə edəcəkdi, çünki
chair (stul) və
armchair (kreslo) kimi
çox işlənən sözlərdir.
Göründüyü kimi, bu misalların hamısında referensial
mənanın tərcüməsindən bəhs olunur. Praqmatik mənanın
transformasiyasından danışsaq, onda ekvivalentin seçilməsi daha
geniş kontekstdən asılı olacaq. Bunun məxəz mətnin üslubi
səciyyəsi və emosional çalarına dəxli yoxdur. Yadda saxlamaq
lazımdır ki, tərcümənin məqsədi ayrıca götürülmüş sözləri deyil,
bütün mətni tərcümə etməkdir, ona görə də geniş kontekstin
tərcümə prosesində əhəmiyyəti böyükdür.
Elə hallar da olur ki, hətta müəyyən qədər geniş kontekst belə
çoxmənalı sözün mənasını dəqiqləşdirməyə imkan vermir. Bunun
üçün mütərcim dil kontekstindən kənara çıxaraq
ekstralinqvistik
situasiyaya_müraciət edir. Buna görə çox vaxt
tərcüməçi nəyi
Dostları ilə paylaş: