Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə40/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   111
yirəm; to be hopeful of a remedy-dərmana ümid bağlamaq: 2. çox 
ümidlər  verən;  nikbin;  he  seems  to  be  quite  a  hopeful  pupil-0, 
ÇOX ümidverici şagirdə bənzəyir; hopeful art student- ümidverici 
gənc rəssam; hopeful prognosis-nikbin proq- noz{Sl). 
Misallardan  göründüyü  kimi  ingilis  dilində  hopeful  sifət 
olduğundan  təyin  və  ismi  xəbərin  bir  hissəsi  kimi  distributiv 
xüsusiyyətləri var. Azərbaycan dilində tərcümədə isə təkcə sifət 
kimi yox, isim kimi də işlənmişdir. Bunun kimi digər misallar da 
göstərmək  olar.  Məsələn,  happy  sözünün  birləşmələrinə  baxaq: 
happy  news^  a  happy  events  a  happy  voice  -  şad  xəbər,  xoş 
hadisə, sevinc dolu səs. 
Azərbaycan  dilinin  özündə  şükür,  şükrən,  naşükür 
sözlərinin  distributiv  xüsusiyyətlərinə  baxaq:  Allaha  şükür; 
filankəs  naşükür  adamdır  deyildiyi  halda  ancaq  filankəs  şükrən 
adamdır  deyilmir,  baxmayaraq  ki,  naşükür  və  şükrən  ikisi  də 
sifətdir. 
Ayrı  bir  misal:  İngilislər  bəzi  müəssisə  rəhbərləri  haqqında 
danışarkən onları sincere və successful kimi xarakterizə edirlər. 
Bu  sözlərin  Azərbaycan  dilində  tərcüməsi  səmimi  və 
müvəffəqiyyətlidir.  İnsan  haqqında  səmimi  demək  mümkündür, 
müvəffəqiyyətli  isə  yox.  Rəhbər  haqqında  bacarıqlı,  işində 
müvəffəqiyyət, uğur qazanmış demək olar. 
İngilis  dilində  zveqma  (zeugma)  adlı  bir  üslubi  priyom  var. 
Burda  bir  fel  bir  neçə  uyuşmaz  sözü  birləşdirir,  həmin  fel 
birləşdirdiyi  sözlərlə  eyni  qrammatik,  müxtəlif  semantik 
əlaqələrdə bulunur. Məsələn: 
Whether the Nymph 
Shall stain her Honour or her new brocade
Or lose her heart or necklace at a ball 
(Pope) 
Bu pəri balların birində 
ya  şərəfini  ləkələyəcək 
ya təzə zərxəra donunu, 
Ya ürəyini itirəcək, ya da boyunbağısını. 
(sətri tərcümə) 
69 


...  And  May^s  mother  always  stood  on  her  gentility^  and 
Dot*s mother never stood on anything, but her active little feet
... Meyin anası həmişə kübarlığını saxlayırdı, Dotun anası isə 
heç nəyin üstündə dayanmırdı, ancaq balaca oynaq ayaqlarının 
üstündə dururdu. 
İngilis  dilindəki  bu  misallarda  qeyri-adi  heç  nə  yoxdur,  to 
stand  feli  iki  məna  nümayiş  etdirir,  halbuki  onun  qrammatik 
əlaqədə olduğu obyektlər arasında heç bir semantik əlaqə yoxdur. 
Azərbaycan  dilinə  oxşar  tərcümə  etmək  mümkündür,  lakin 
gülməli çıxır: kiibaritğmı saxlamaq, özünü ayaq üstə saxlamaq. 
Əslində  belə  cümlələr  dil  mövzusunda  lətifədən  başqa  bir  şey 
deyil. Buna ən yaxşı nümunə rus dilində belə bir misal göstərilir: 
Шли три студента, один в кино, другой-в сером костюме, а 
третий-в  хорошом  настроение!
(во) 
Üç  tələbə  gedirdi,  biri 
kinoya, biri boz kostyumda, üçüncüsü şən əhval ruhiyyədə. 
Sözlərin  cümlədə  belə  uyuşmazlığı  tərcümədə  problemlər 
yaradır.  Buna  görə  də  ekvivalent  axtarışında  sözün  distributiv 
xüsusiyyətləri mühüm rol oynayır. 
Xüsusi  adlar,  institusional  və  mədəniyyət  terminlərinin 
tərcüməsi (translation of proper names, institusional and cultural 
terms).  Xüsusi  adlar,  institusional  və  mədəniyyət  terminləri 
bir-biri ilə sıx əlaqədədir. Bununla belə onları beş qrupa bölmək 
olar:  xüsusi  isimlər,  tarixi  isntitusional  terminlər,  beynəlmiləl 
institusional  terminlər,  milli  institusional  terminlər,  mədəniyyət 
terminləri. 
Xüsusi  isimlər  və  mədəniyyət  terminləri  insanlar,  predmet- 
lər,  müəyyən  bir  etnik  qrupa  məxsus  proseslərə  aiddir,  onların 
arasında əsas fərq bundan ibarətdir ki, xüsusi isimlər tək, əlahiddə 
götürülmüş  insan,  predmet  və  sair  şəklində,  mədəniyyət 
terminləri isə sinif şəklində {class of entities) mövcuddur. Nəzəri 
baxımdan  ayrı-ayrı  şəxslərin  və  predmetlərin  adları  dildən 
kənardır,  onları  lüğətdə  yox,  ensiklopediyalarda  axtarmaq 
lazımdır, onların nə mənası, nə də konno- 
70 


tasiyası var, buna görə də onlar tərcümə olunmazdır və tərcümə 
edilməməlidir.  Prinsip  bundan  ibarətdir  ki,  xüsusi  adların 
əksəriyyətinin  artıq  qəbul  edilmiş  tərcümə  variantı  var,  ancaq 
onlar  metaforalaşanda,  şübhəsiz  ki,  şərhə  ehtiyacları  var. 
Məsələn,  Hacı  Qam  xəsislik  rəmzidir,  kiməsə  ay  Hacı  Qam! 
deyilirsə və bu cümlə ingilisə tərcümə olunacaqsa, onda şərhsiz 
ötüşmək mümkün deyil. 
Tarixi şəxsiyyətlərin adlarının tərcüməsi artıq bu cür müəyyən 
olunmuşdur:  Monarxların  mənalı  (translatable)  xristian  adları 
olduqda  və  onlar  məşhur  olduqda,  onların  titulları  və  adları 
Avropanın əsas ölkələrinin hamısında qarşılıqlı şəkildə tərcümə 
olunur.  Bu  ənənə  rus  və  Azərbaycan  dillərinə  də  keçmişdir. 
Məsələn,  Richard  the  Lion  Hearted  -  Richard  Coeur  de  Lion  - 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin