Hansı yerdə -fikirləş, tap!
Yeddi mujik, yeddi nəfər- Müvəqqəti öhdəlilər
El yolunda rast gəldilər;
Toqqabərkit əyaləti,
Dərdətabla qəzasının,
Sərgərdanlar volostundan;
Yaxın qonşu yeddi kənddən:
Yamaqlılar, Cındırlılar,
Lütüryanlar, Vicəlilər,
Yanıqlılar, Acqarınlar,
Bargörməzhr obasından Yeddi mujik, yeddi
kəndli Rastlaşdılar, Öcəşdilər:
Kimin günü-güzəranı Firavandır Rus elində?
Göründüyü kimi, bir volost, quberniya sözləri mətnin tərcümə
əsəri olduğunu göstərir, qalan bütün adlar elə milliləşib ki, heç
kəs onlan rus toponimi kimi qəbul etməz. N.A Nekrasovun bu
toponimlərinin hamısı antonomasiyadır, hər birisinin öz
hekayəsi, öz açımı var. Bunu həmişə etmək mümkündürmü? Axı
73
ad tərcümə olunmur. Bu məsələyə əsərin janrından və reseptor-
dan asılı olaraq yanaşmaq lazımdır. Bizim fikrimizcə, nəsr və
poeziya tərcüməsində şərh, izah yolu ilə oxucuya müəyyən
məlumat vermək olar, səhnədə oynanılacaq pyeslərin
tərcüməsində isə şərhdən istifadə etmək mümkün deyil, çünki
tamaşanı saxlayıb personajların adının mənasını izah etmək
qeyri-mümkündür.
Coğrafi adlar da insan adları kimidir, əksəriyyətinin
konnotasiyası və sətiraltı mənası yoxdur. Bir çox coğrafi adlar
tərcümə
dilinin
fonoloji
və
morfoloji
qanunlarına
uyğunlaşdırılmışdır. Məsələn, Praque - Praqa, Warsaw -
Varşava, Vietma - Vyana, Geneva - Cenevrə, London - London (
Londra), Baku - Bakı.
Küçə və meydan adları adətən tərcümə olunmur; Red Square,
Wenceslas Square, Constitution Square kimiləri is- tisnahq təşkil
edir, ancaq onlar da ünvan kimi işləndikdə tərcümə edilmir.
İctimai və dövlət binalarının adları qismən tərcümə olunur.
Məsələn, White Hoııse - Ağ ev, Pentagon - Pentaqon (beşbucaq
yox).
Herr, Fran, Mı% MrSy Signoray Senor, Madame,
Mademoiselle, MıısyOy Pan, Don, Dona, господин, госпожа,
cənab, xanım və sair müraciət formalarına münasibət müxtəlifdir.
Bunlara münasibətdə konkret hallardan çıxış etmək lazımdır.
Əgər müvafiq və hamı tərəfindən qəbul edilən ekvivalentlər
varsa, zadəgan və peşə titulları tərcümə olunandır. Məsələn, qraf,
hersoq, markiz, professor, doktor və s.
Əgər məxəz dilin mədəniyyəti ilə bağlılığı varsa, firma, özəl
müəssisələr, məktəblər, universitetlər, xəstəxanalar və şairənin
adları tərcümə olunmur. Lakin qeyri-rəsmi sənədlərdə çox
məşhurlarının adlan tərcümə oluna da bilər: Banca Nazionale
dltalia-National Bank of Italy-İtaliya Milli Bankı. Ümumiyyətlə,
belə adlar tanıtma məqsədi güdür, tərcümədə də bu məqsəddən
çıxış edir. Hədəf dilin oxucusu onlara is
74
tinad etmok istəyirsə, onda məxəz dildəki varianta müraciət
etməlidir.
Qəzetf jurnal və digər dövri mətbuat nümunələrinin adları
transkripsiya, yaxud translitcrasiya yolu ilə verilir, çox vaxt
onların mənası hədəf dildə mötərizədə göstərilir. Məsələn,
Respublika qəzeti (The Republic), Xalq qəzeti (The People's
newspaper), Gündəlik Xəbərlər (The Daily News).
Məşhur sənət əsərlərinin adları tanındıqları ölkələrdə
tərcümə olunmur. Əsərin adı populyar deyilsə, unudulubsa,
transkripsiya olunur. Rəsmlərin adları (əgər tərcümə olunmuş
adları yoxsa) transkripsiya (translilerasiya), eləcə də tərcümə
olunur. Adları tərcümə olunmamış əsərlərin adları transkripsiya,
yaxud transliterasiyada verilir və tərcümə ilə müşayət olunur.
Mono Liza kimi bəzi rəsm əsərlərinin orijinalda iki adı var {La
Dostları ilə paylaş: |