partiyası), Conservative Party - Mühafizəkarlar Partiyası.
Semantik cəhətdən anlaşıqlı instilusional terminlər asanlıqla
tərcümə olunur, məsələn: People^s Police - Xalq Polisi
(Almaniyada )
4. Kultural
ekvivalentlik oxucunun tələbinə uyğun
seçilməli, yerli, milli kolorit nəzərə alınmalıdır. Məsələn, Open
University, house of culture. Kombinat, kibbutz, adult evening
classes, polyclinic kimi kultural terminlərin mahiyyəti açılmazsa,
hədəf dilin oxucusuna onların mənası qaranlıq qalar.
5. Kultural terminin məxəz dildə yığcam, ahəngdar
(concision and euphony) olması onun həmin şəkildə tərcüməsini
çətinləşdirir. Belə terminlər hədəf dilin tələblərinə uyğun
Iransliterasiya (transkripsiya) olunur, ləbiiləşdirilir, lakin
termindən sonra, yaxud çıxışda onun mənası açıqlanır. Məsələn,
samizdat - rus dilindən gəlmədir, mənasını Oxford lüğəti (34)
belə verir: the clandestine copying and distribution of literature
banned by the state, espesially formerly in the communist
countries of eastern Europe. Çətin və uzun insti- tusional
terminlər əvvəlcə tərcümə olunmalı, sonra isə akro-
nimloşdirilməlidir {samizdat belələrindəndir).
6. İdeoloji koloritli instilusional terminlərin tərcüməsi
zamanı hədəf dildə oxucunun ideoloji mənsubiyyəti, termin- dəki
koqnitivlik və ideoloji yönüm nəzərə alınmalıdır. Məsələn, alman
dilində Berlin divan üçün iki termin - keçmiş
79
ADR-də Schutzwall, ARR-də isə Schandmauer işlədilirdi. Biri
onu qoruyucu, digəri isə utanc gətirən divar kimi təqdim edir.
Məxəz və tərcümə dillərində kultural ekvivalentli- yin dərəcəsi
yüksək olduqda hərfi tərcüməyə geniş yer verilir. Bu hala xüsusilə
rus dilindən Azərbaycan dilinə tərcümədə çox rast gəlinir:
Министерство Юстиции - Ədliyyə Nazirliyi. MuHUcmepceo
Торговли - Ticarət Nazirliyi, Министерство Обороны -
Müdafiə Nazirliyi və s.
7. Bir sıra terminlərdə funksiya sözün təsviri, yaxud
tərkibindən daha əhəmiyyətli olur. Məsələn, ingilis dilində Black
Rod termini var. /?öçubuq, tənək, şüvül, qamçı, cəza,
çubuq cəzası, çubuqla döymə, sünbə, tilov, qarmaq kimi mənaları
var (17). Black sözünün mənasına toxunmağı lazım bilmirik.
Black Rod iQrmımm LbngrHan Dictionary of English Language
and Culture lüğəti belə izah edir: the title of one of the officials
who takes part in the ceremony for opening the British Parliament
each year. He wears special old-fashioned clothes, and his job is
to go to the House of Commons and tell its members to come to
the House of Lords so that they can hear the Queen’s speechQl).
И.Р. Гал- иеринин Большой Англо-Русский Словарь-ında
həmin termin üçün Церемоний-мейстер с черной булавой
mənası verilir(61). Göründüyü kimi, bu lüğət həmin terminin
mənasının natamam, ingilis lüğəti isə Black Rod-wn yerinə
yetirdiyi funksiyanın tam təsvirini vermişdir. Bizim parlamentdə
belə vəzifəni yerinə yetirən məmur, qulluqçu, iki palata yoxdur;
ona görə də Black Rod üçün uyğun termin yaratmalı (məsələn,
parlament kuryeri, parlament xəbərçisi və s.), onu şərhlə təmin
etməli, yaxud da transliterasiyasını verib izah etməliyik. Yaxud
Yellow Pages, White Paper, Green Paper kimi kultural terminlərə
baxaq. Yellow Pages səhifələri sarı rəngdə olan telefon kitabıdır,
burda telefon nömrələri və ünvanlar yazılır. White Paper - yeni
qanun parlamentə təqdim olunmamışdan əvvəl onun mahiyyəti və
hökumətin planları barədə hökumətin məruzəsidir. Green Paper -
müəy
80
yən bir məsələ ilə bağlı ümumi müzakirə üçün hökumətin təqdim
etdiyi təkliflərdir. Bu dörd institusional terminin hamısının
tərcüməsi zamanı diqqəti onların formasına, tərkibinə yox,
funksiyalarına yönəltmək lazımdır.
8. Bəzi institusional terminləri olduğu kimi saxlamaq və
müəyyən izahatla təmin etmək lazımdır. Məsələn, Bun- destrat
Almaniya parlamentində yuxarı palata, Bundestaq Almaniya
parlamentində aşağı palata.
9. İki rəsmi dili olmuş ölkələrdə əksər institusional
terminlərin, eləcə də şəhər və küçə adlarının hər iki dildə
ekvivalenti olur. Məsələn, Bakı - Баку, ул. Первомайская - Bir
May küçəsi, Şəmkir - Шемкир və s.
10. Milli çalarlı institusional terminlər tərcümə olunmur;
məsələn, Furer, Duché, Ayətulla, apartheid, soviet.
11. Tərcüməçi seçdiyi ekvivalentin münasibliyinə, düzlüyünə
tam əmin deyilsə, institusional termini transliterasiya
(transkripsiya) etmək daha yaxşıdır. Lokal xarakterli institusional
terminləri isə beynəlmiləlləşdirmək yaxşı olar; məsələn, the War
Office - Müdafiə Nazirliyi, the Treasury - Maliyyə Nazirliyi və s.
12. Əcnəbi institusional terminlərin tərcüməsi zamanı üç növ
xətadan yayınmaq lazımdır: 1) terminin mövcud rəsmi tərcüməsi
olduqda yeni tərcümə variantı təqdim etməmək, çünki the United
States of America-mn Azərbaycan dilində Amerika Birləşmiş
Ştatları kimi rəsmi tərcüməsi var, onu türklərdəki kimi Amerika
Bitişik Dövlətləri kimi təqdim etməyə lüzum yoxdur; 2) deyilən
terminlər üçün ifrat milli (yerli) koloritli ekvivalent işlətməməli;
the House of Lords terminini Ali Məclis, Böyük Millət Məclisi və
sair kimi tərcümə etmək olmaz; 3) “mənasız” sözbəsöz
tərcümədən yayınmalı, məsələn; MIRV (Multiple Individual
Targetable Re-entry Vehicle), MIRB (многоэлемеитная боевая
Dostları ilə paylaş: |