VERİLƏNLƏRƏ ƏSASLANAN QƏRAR QƏBULUNU
DƏSTƏKLƏYƏN SİSTEMLƏR ALTSİSTEMİ
Bu, formal cəhətdən ən mürəkkəb məsələ olan aktual
verilənlərin operativ emalı altsistemidir. Burada söhbət,
faylların yaddaşda yerləşdirilməsi, axtarışı və təqdimatı kimi
elementar əməliyyatlardan deyil, ilk növbədə, verilənlərin
saxlanc yerlərindən (
Data Warehouse) və on-line emal
sistemlərindən (
OLAP) gedir. OLAP-sistemlərə əsaslanan qərar
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 47 ____________________________
qəbulunu dəstəkləyən sistemlərin irihəcmli aktual verilənlərin
təhlili əsasında qərar qəbuluna güclü kompüter dəstəyi verə
bilir. Belə sistemlərə nümunə kimi coğrafi informasiya sistem-
lərini (CİS) göstərmək olar.
Verilənlərin saxlanc yeri dedikdə, qərar qəbulunu
dəstəkləmək üçün formalaşdırılan predmet yönümlü,
inteqrasiya edilmiş, zaman-zaman zənginləşdirilən, lakin qeyd
edildikdən
(yaddaşa
(bazaya)
yazıldıqdan)
sonra
dəyişdirilməyən verilənlər yığımı nəzərdə tutulur. Verilənlərin
saxlanc yerlərində istifadə edilən nisbətən geniş yayılmış emal
metodları çoxölçülü təsnifləşdirmə və asılılıqların bərpası kimi
statistik metodlardan ibarətdir. Bu metodların bir qismi
kəşfiyyat təhlili (Data Mining) deyilən kateqoriyaya aid olub,
bazaya yığılmış verilənlərdəki gizli qanunauyğunluqları
aşkarlamağa xidmət edir.
TELEKOMMUNIKAS
İYALARA ƏSASLANAN QƏRAR
QƏBULUNU DƏSTƏKLƏYƏN SİSTEMLƏRİN ALTSİSTEMİ
Qərar qəbulunun telekommunikasiya dəstəyi iki və daha
çox mütəxəssisin ünsiyyət qurmasına, informasiya mübadiləsi
etməsinə və birgə fəaliyyətlərini koordinasiya etməyə
(əlaqələndirməyə) imkan verir. Belə sistemlərə nümunə kimi
audio-, video-, Veb-konfranslar, elektron poçt göstərilə bilər
ki, bunlara da bəzən qrupşəkilli qərar qəbulu sistemi də
deyilir. Bu tip altsistemlər mütəxəssis qrupları arasında əlaqə
yaradaraq informasiya mübadiləsini reallaşdırır və mütəxəssis
qruplarının birgə işləməsini təmin edir.
|