MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 61 ____________________________
100% avtomatlaşdırılması isə heç bir variantda yoxdur. Yəni,
hal-hazırda praktiki olaraq tətbiq edilən Müştərilərlə qarşılıqlı
münasibətlərin idarə edilməsi sisteminin paketləri ya əsasən
satışa kömək, ya da əsasən analitik hesablamalar üzrə
ixtisaslaşdırılmış paketlərdir. Universal paketlər isə hər üç
funksiya baxımından yarımçıqdır.
Bəzi paketlər tamfunksional olmağa yaxındır, lakin onların
adaptasiya qabiliyyəti lazımi səviyyədə deyil və müəssisənin
digər funksional bölmələri ilə inteqrasiya edilməsi üçün əlavə
vəsait tələb edir. Müştərilərlə qarşılıqlı münasibətlərin idarə
edilməsi sisteminin, demək olar ki, bütün proqram məhsulları
bazarın müxtəlif seqmentlərinə yönəldilmişdir. Bunlar, əsasən,
üç tip şirkətlərdir: 500 nəfərdən artıq əməkdaşı olan iri
şirkətlər, 100-500 nəfər əməkdaşı olan orta şirkətlər və
əməkdaşlarının sayı 100 nəfərdən az olan kiçik biznes. Buna
görə də təqdim edilən Müştərilərlə qarşılıqlı münasibətlərin
idarə edilməsi sistemi layihələrinin təhlili həm funksional
kateqoriyalar üzrə, həm də adı çəkilən bazar seqmentləri üzrə
aparılmışdır.
Müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi
sistemi
layihələrinin funksional kateqoriyaları (şəkil 7) aşağıdakı
komponentləri əhatə edir:
Şəkil 7. CRM-in funksional kateqoriyaları
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 62 ____________________________
•
Marketinqin
avtomatlaşdırılması
iki
əsas
funksiyanın
avtomatlaşdırılmasını
nəzərdə
tutur:
marketinq şirkətlərinin idarə edilməsi və demoqrafik
təhlil. Birinci funksiya büdcənin, reklam şirkətlərinin,
məqsədli aksiyaların, müştərilərin reaksiyalarının idarə
edilməsi ilə bağlıdır. Demoqrafik təhlil ənənəvi olaraq
müştəri bazasındakı verilənlərin statistik emalını həyata
keçirir. İnternet-texnologiyaların və Veb-saytlardakı və
digər müasir kommunikasiya kanallarındakı əlavə
informasiya mənbələrinin meydana çıxması marketinq
üçün yeni imkanlar açmışdır. Bunun nəticəsində
seqmentləşdirmə texnikası və məqsədli aksiyaların təşkili
daha böyük uğur qazanmışdır;
•
Satışın avtomatlaşdırılması tarixən daha qədim və
populyar “Müştərilərlə qarşılıqlı münasibətlərin idarə
edilməsi sistemi” funksiyasıdır. Elektron biznes dövrünün
başlanmasından çox əvvəl Müştərilərlə qarşılıqlı
münasibətlərin idarə edilməsi sistemi məhz bu funksiya
ilə inkişaf etmişdir. Bu funksiya satış kanallarının
distribusiyası və monitorinqi, mal axınları şəbəkəsinin
idarə edilməsi, malgöndərənlərlə sifarişçilərin qrupşəkilli
qarşılırlı fəaliyyətləri, müştərilərlə kontaktların (əlaqəyə
girmələrin) mərkəzləşdirilmiş emalı və s. ilə bağlıdır.
İnternet-texnologiya,
həmçinin
satışın
avtomatlaşdırılması funksiyasını, xüsusilə, “satıcı - alıcı”
sistemində qarşılıqlı fəaliyyəti əhəmiyyətli dərəcədə
dəyişdirir. Belə ki, elektron kommersiya vasitəçi (dəllal)
xidmətini ixtisar etməklə, sövdələşmələrin səmərəliliyini
yüksəldir, müştəriləri daha çox razı salır.
•
Müştərilərə xidmətin avtomatlaşdırılması İnternet-
texnologiyanın meydana çıxması ilə bağlı olaraq daha
|