Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə34/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 52 ____________________________ 
Müasir Müştərilərlə qarşılıqlı münasibətlərin idarə 
edilməsi sistemlərinin əsas xüsusiyyəti münasibətlərin 
fərdiləşdirilməsindən, daha doğrusu, müxtəlif tələblər genişliyi 
və qarşılıqlı fəaliyyət göstərən tərəflərin xüsusiyyətləri nəzərə 
alınan şəraitdə hər bir müştəriyə fərdi yanaşma tətbiqindən 
ibarətdir ki, perspektivdə bu, şirkətin biznes fəaliyyətinin 
ümumi səmərəliliyinin yüksəldilməsinə və satış həcminin 
artırılmasına gətirib çıxarmalıdır. 
Malgöndərənlərlə 
müştərilər 
arasında 
qarşılıqlı 
münasibətlərin tam fəqdiləşdirilməsi korporativ və qlobal 
informasiya şəbəkələrinin yaranmasınadək texniki səbəblər 
üzündən həyata keçirilə bilməmişdir.
Məlum təriflərə görə, Müştərilərlə qarşılıqlı münasibətlərin 
idarə edilməsi sistemi - açıq, qlobal İnternet/İntranet şəbəkə 
mühitində, müəssisədə biznes-proseslərin idarə edilməsi 
sistemi çərçivəsində, fəaliyyət göstərən malgöndərənlərlə 
müştərilər arasındakı münasibətlərin idarə edilməsi sistemidir. 
Şirkətin 
biznes-proseslərinin 
ümumi 
strukturunda 
Müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi
sisteminin 
yeri şəkil 1-də verilmişdir. Göründüyü kimi, Müştərilərlə 
qarşılıqlı münasibətlərin idarə edilməsi sistemi bir tərəfdən, 
istehlakçılarla həmsərhəddir, digər tərəfdən də, şaquli 
idarəetmənin bütün səviyyələri ilə qarşılıqlı fəaliyyətdədir. Yəni 
bu, əslində, resursların planlaşdırılmasının, malgöndərmələri 
zəncirinin və istehsalın idarə edilməsinin vahid sistemidir. Bu 
konsepsiyanın ən mühüm cəhəti odur ki, burada müştərilərlə 
qarşılıqlı münasibətlərin səviyyəsi və keyfiyyəti müştərilərin 
bilavasitə özləri tərəfindən qiymətləndirilir. 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin