Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə48/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 76 ____________________________ 
məsələ barədə düşünməyə dəyməz. Əgər kompüter 
texnologiyasına üstünlük verilirsə, onda bu işə nə qədər vəsait 
ayrılması imkanı ön plana keçir. Bu imkan həll ediləcək 
məsələlərin tərkibi ilə bağlıdır. Yəni, müəssisə rəhbərliyi qərar 
qəbuluna cəlb etmək istədiyi yeni informasiyanı necə alacağını 
bildikdən sonra məlum olur ki, ayrılan vəsait bu məsələləri həll 
etməyə qadir olan hesablayıcı sistemi satın almağa imkan 
verir, ya yox.
Müəssislərin əksəriyyəti üçün aydın olmuşdur ki, 
nəzarətdən kənar qalan informasiyanın həcmi çox olduqca, 
müəssisəinin işləməsi mürəkkəbləşir. Nəzarət edilən 
informasiyanın tələbatdan az olması müəssisənin fəaliyyət 
nəticələrinə ciddi təsir göstərir. Bu baxımdan, informasiya 
sistemlərinin 
vəzifəsi 
nəzarətedilən 
informasiyanın 
artırılmasından ibarətdir.
İnformasiya 
texnologiyaları, 
müəyyən 
mənada, 
informasiya vakuumunu ləğv etməyə imkan verir. Bu 
informasiya texnologiyaları həm müəssisədaxili, həm də ətraf 
aləm 
(İstahlakçıların 
sorğuları, 
bazarların 
vəziyyəti, 
tənzimləyici qaydalar və s.) barədə geniş spektrdə informasiya 
verə bilir. Lakin idarəedicilərin bir qismi elə hesab edir ki, 
proqram məhsulları informasiya vakuumunu və şirkətin bütün 
problemlərini sərbəst surətdə, idarəedici işçilərin fəal iştirakı 
olmadan aradan qaldırmaq iqtidarındadır. Bu, yanlış fikirdir və 
idarəetmədə insanın fəal iştirakı daim zəruri olacaqdır. Çünki 
müəssisələrin fəaliyyəti təkcə texnoloji prosesdən ibarət deyil-
dir. Hətta bəzi müəssisələrdə eyni texnoloji proses getsə də, 
bunların hər birində özəl idarəetmə situasiyası mövcud olur. 
Müəssisənin 
idarəedilməsi 
texnoloji 
prosesin 
idarə 
edilməsindən daha geniş fəaliyyət sferasıdır. Hər bir 
müəssisənin öz idarəetmə metodları olur.



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin