Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə56/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 88 ____________________________ 
3.Tapşırığın icrasına nəzarət. 
Təşkilati strukturun: funksional, proses yönümlü, matris 
və layihə kimi 4 forması vardır. 
Verilənlərin strukturu modeli. Müəssisədəki verilənlərin 
strukturu mahiyyətlər, mahiyyət atributları və əlaqələr kimi 3 
elementin köməyi ilə modelləşdirilir.
Mahiyyət elə obyekt tipidir ki, sərbəst surətdə mövcud 
olur və müəssisəyə aid verilənləri saxlayır. Məsələn, 
müəssisədə işləyən işçilərin hamısı ƏMƏKDAŞ mahiyyəti ilə 
təqdim edilə bilir. Mahiyyət sənədlə də təqdim edilə biləndir. 
Məsələn HESAB-FAKTURA. 
Atributlar mahiyyətin elə xarakteristikalarıdır ki, onların 
köməyi ilə ixtiyari mahiyyət obyektləri təsvir edilə bilir. 
Məsələn, ƏMƏKDAŞ mahiyyəti kadrlar şöbəsində təvəllüd 
tarixi, işə qəbul edilmə tarixi və s. kimi verilənlərlə xarakterizə 
olunur.
Əlaqə. Müəssisədəki bütün mahiyyətlər bir-biri ilə 
qarşılıqlı əlaqəlidir və sistem əmələ gətirirlər. Məsələn, 
ƏMƏKDAŞ mahiyyəti BÖLMƏ mahiyyəti ilə əlaqəlidir. 
Əlaqələrin “birin-birə”, “birin-çoxa” və “çoxun-çoxa” kimi 3 tipi 
vardır. 
Funksional 
modelləşdirmə 
müəssisənin 
biznes-
proseslərini modelləşdirmək üçün istifadə edilir. Müəssisənin 
ayrı-ayrı bölmələrindəki situasiyları izləmək üçün müəssisənin 
bütün fəaliyyətini formal olaraq bloklara bölmək lazımdır ki, 
sonra hər bir bloka nəzarət etmək asan olsun. 
Funksional 
modelləşdirmə 
və 
biznes-proseslərin 
modelləşdirilməsi üçün 
IDEFO standartı tətbiq edilir. Bu 
modelləşdirmə 
nəticəsində 
müəssisə 
fəaliyyətinin 
razılaşdırılmış modeli yaranır. Bu model funksiyaların real 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 89 ____________________________ 
bölgüsünü, prioritetini (üstünlüyünü) və səlahiyyətini əks 
etdirir.
IDEFO - strukturlaşdırılmış təhlil standartıdır ki, bu da 
planlaşdırmadan ta son variantın alınmasınadək bütün 
mərhələlərdəki proseslərin təsviri üçün tətbiq edilir. Bu 
standart predmet və fəaliyyətləri qrafik təsvir edən model 
qurmağa imkan verir.
IDEFO iki növ diaqramdan ibarətdir: 
1.Kontekst (aidi) diaqram; 
2.Dekompozisiya edilmiş (parçalanmış) diaqram. 
Kontekst diaqramı modelləşdirmə obyektini təsvir edir. 
Bu diaqramda aşağıdakı elementlər iştirak edir: 

Giriş amilləri – nəticənin alınması üçün prosesdə 
istifadə edilən verilənlər və ya materiallar; 

Nəticə - verilmiş fəaliyyət nəticəsində alınmış verilənlər 
və ya materiallar; 

Mexanizmlər 
– 
proses 
və 
ya 
fəaliyyətin 
gerçəkləşdiriciləri. Bəzən mexanizmlər resurslar kimi 
istifadə edilir; 

Nəzarət (idarəetmə) – girişin nəticəyə çevrilməsi 
ardıcıllığını tənzim və təyin edən amillər. 
IDEFO standartının blok diaqramı şəkil 12-də verilmişdir. 
Bu diaqramdakı oxların istiqaməti prinsipial əhəmiyyət 
daşıyır. 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin