SİSTEMİN MODELLƏŞDİRİLMƏSİ
Müəssisənin informasiya sistemlərinin öyrənilməsinin
növbəti mərhələsi müəssisə üçün modellər kompleksinin
yaradılmasından ibarətdir. Bu modellər əsas informasiya axın-
larını imitasiya edir. Müəssisənin modellərinə 2 aspektdə
baxmaq olar:
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 87 ____________________________
1) Abstraksiya səviyyəsi üzrə;
2) Əksetdirmə obyektləri üzrə.
Abstraksiya səviyyələri üzrə modellərin 3 tipi
fərqləndirilir: konseptual, məntiqi və fiziki modellər.
Konseptual model predmet oblastını ümumi şəkildə təsvir
edir.
Məntiqi model sistemin əsas elementlərini təsvir etmək
üçün qurulur.
Fiziki model gerçək sistemi xırdalıqları ilə təsvir
edir.
Əksetdirmə obyektləri üzrə: struktur modelləri və
davranış modelləri vardır.
Struktur modeli statik modeldir, sistemin tərkib
hissələrini və onların qarşılıqlı əlaqələrini əks etdirir. Bu
modellər 2 tipdir:
1) Təşkilati quruluşun modeli;
2) Verilənlərin strukturu modeli.
Davranış modeli prosesin gedişini imitasiya edir. Bu
modellərin 3 tipi vardır:
1.Müəssisənin biznes-prosesini təsvir edən funksional
model;
2.Verilənlərin axını modeli;
3.Sənəddövrüyyəsi modeli.
Təşkilati quruluşun modeli müəssisədəki işçilərin qarşılıqlı
fəaliyyətini əks etdirir. Burada hər bir işçinin hakimiyyəti və
səlahiyyəti ön plana çəkilir. Bu, təşkilati quruluş modelini
funksional modeldən kəskin şəkildə fərqləndirir.
Təşkilati struktur müəssisə fəaliyyətinin formal tərəfini
təsvir edir. Təşkilati strukturda təşkilatın 3 aspekti əks
etdirilir:
1.Müəssisənin bölmələri (bölmənin adı, vəzifəsi və
məsuliyyəti);
2.Tapşırığın təyinat ardıcıllığı;
|