MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 84 ____________________________
maliyyəyə aid ola bilər və yaxud bir-neçə funksional oblastı
kəsib-keçən prosesə aid ola bilər.
Modelləşdirmənin sərhədləri və hərəkətə gətiriləcək
təşkilati səviyyə təyin edildikdən sonra vacib momentlərin
aşkarlanmasına başlanılır. Sistemin təhlili metodları və ya
modeldə əks etdiriləcək əhəmiyyətli faktların tapılması
metodları sırasında:
müsahibə götürmə, anketləşdirmə,
sənədlərin icmalı, müşahidə, beyin hücumu qeyd edilir.
Müsahibə götürmə. Bunun 3 elementi var: müsahibənin
planı, götürülməsi və yazılışı.
Müsahibənin planı.
Müsahibə mövcud informasiya
sistemlərini təhlil etmək və gələcək sistemə qarşı qoyulacaq
tələbləri təsvir etmək üçündür. Planda aşağıdakı momentlər
öz əksini tapır:
•
Müsahibə götürmənin məqsədi;
•
Müsahibənin predmeti – alınacaq informasiya qurulacaq
modelə aid olmalıdır;
•
Şirkətin müştərilərinin müsahibəyə cəlb edilməsi. Ola
bilsin ki, modelləşdiriləcək
bölmələrlə müştərilər
arasında münasibətlərdə problem vardır;
•
Müsahibə götürmənin yerinin və sualların tipinin
müəyyən edilməsi.
Müsahibənin götürülməsi. Müsahibə dəqiq struktura
malik olmalıdır. Müsahibə götürən yaxşı dinləməyi
bacarmalıdır.
Müsahibənin yazılışı. Müsahibənin vacib momentləri qeyd
edilməlidir.
Qeydlər
biznes-prosesə,
verilənlərə
və
informasiyanın hərəkətinə aid olmalıdır.
Biznes-proses dedikdə,
girişi resurs sərfindən, çıxışı isə
istehlak dəyərindən ibarət olan ixtiyari proses nəzərdə tutulur