Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə54/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 85 ____________________________ 
ki, müəssisənin fəaliyyətə gətirilməsi prosesinin mahiyyəti də 
budur. 
Verilənlər təşkilatın biznes-proseslərinin vəziyyətini və 
gedişini əks etdirir. 
İnformasiyanın hərəkəti. Biznes-proseslər bir-biri ilə 
əlaqəlidir. Bunlar izolə edilmiş şəkildə mövcud ola bilmirlər. 
Buna görə də bir biznes-prosesdən digərinə məntiqi keçid 
izlənməlidir. 
Müsahibə götürmənin iki nöqsanı vardır: 

Müsahibə götürülən adam müsahibə götürənin istəyinə 
tərəfdar olmaya bilər. Buna görə azdırıcı cavab verə 
bilər. 

Anlayışlar qarışdırıla bilir. Nəticədə “
nə almaq” “ necə 
almağa” çevrilir. 
Anketləşdirmə tədqiq edilən təşkilat barədə konkret növ 
informasiya almaq üçün istifadə edilir. Anketləşdirmə 
aşağıdakı kimi məhdud hallarda sistemin təhlilində tətbiq 
edilir:

B
ütün respondentlərin (rəyi soruşulanların) anlaması 
üçün sualın qoyuluşu çətin olduqda;

Analitik sistemdən yaxşı baş çıxardıqda; 

Respondetlərin sayı həddən artıq olmadıqda və suallar 
standart olduqda. 
Lakin anketləşdirmə müştəri rəyini öyrənmək üçün çox 
münasibdir. Suallar standart olduqda anketləşdirmə keyfiyyətli 
model qurmağa imkan verən ən yaxşı metod sayılır. 
Sənədlərin icmalı. Müəssisənin fəaliyyəti barədə olan 
informasiyanın əksər hissəsi sənədləşdirilir. Buna görə də 
tədqiqatın növbəti mərhələsi sənədləri nəzərdən keçirməkdən 
ibarətdir. Sənədlərə baxış müəssisə barədə ümumi təsəvvür 
yarada bilir. Lakin bu metod da ciddi nöqsanlara malikdir. 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 86 ____________________________ 
Belə ki: 

Müəssisədə olduqca çox sənəd olur, bunların arasından 
lazımlıları seçmək müşgül məsələdir; 

Sənədlərdə keçmiş dövrə aid lazımi informasiya olmaya 
bilər. Çünki sənəd formaları tez-tez dəyişdirildiyindən 
təzə formatda köhnə informasiya əks etdirilməyə bilər.
Buna baxmayaraq, sənədlərin icmalı vacib informasiya 
mənbəyidir. 
Müşahidə mövcud iş üslubunun nöqsanlarını aşkara 
çıxarmaq üçün vacib informasiya mənbəyidir. Müşahidə 
prosesin necə getməli olduğunu deyil, necə getdiyini göstərir. 
Lakin müşahidə aparmağın da müəyyən çətinlikləri vardır. 
Əvvəla, müşahidə çox böyük xərc tələb edir. İkincisi də, adi 
halda işçi bir cür, müşahidə altında başqa cür davrana bilir. 
Buna baxmayaraq, müşahidə prosesi üzdən, yuxarıdan 
deyil, daxildən, yaxından izləməyə imkan verən lazımlı 
metoddur. 
Beyin hücumu. Bu metod mövcud problemin müzakirə 
edilməsi və yeni ideyalar axtarışı zamanı tətbiq edilir. Burada 
bir qrup adam iştirak edir. Bir seansda şirkət fəaliyyətinin 
müxtəlif cəhətləri müzakirə edilə bilir. Beyin hücumu çox 
dinamik metoddur. Qısa müddətdə çox qiymətli ideyalar 
ortaya çıxara bilir. 

Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin